Ana səhifə

Historiy Shaki ; История Шеки ; ŞƏKİ  TARİXİ  

(Elmi-tarixi veb-sayt) 

 

NEW

Almaniyada və İsveçrədə yaşayan həmvətənlərimizdən xahiş edirik:

      Vaxtilə Avropa səyahətinə çıxmış Bəharəddin adlı bir iş adamının şəhadədətinə görə, o, Almaniyada Z. Tağıyevin tikdirdiyi məscidlə qarıılaşmışdır; Bəharəddin qardaşımız öyrənir ki, o vaxtlar Almaniyada məscid inşa edlməsinə icazə verilmədiyi üçün Z. Tağıyev məscid formasında tütün fabriki tikdirmışdı. İstəmışdı ki, orada yaşayan müsəlmanlar heç olmasa gələcəkdə həmin binadan məscid kimi istifadə edə bilsin.

     Bəharəddin qardaşımız İsveçrədə - Bern şəhəri ətrafındakı qəsəbədə ( bu qəsəbənin adını "Crshi" kimi yadında saxlamışdır) isə bir şəxsi qallareyada, 19-cu əsrdə Şəki şəhərində çəkilmiş və Şəkinin mənzərələrini əks etdirən rəsm əsərləri ilə tanış olmuşdur. O, öyrənir ki rəssam hansısa alman qrafı imiş və 19-cu əsrdə bir ay Şəkidə yaşamışdır.

      Biz əvvəlcə, Almaniyada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyinin "Yaho qrupu" vasitəsilə  bu məsələləri dəqiqləşdirməyə cəhd etdik. Nurlana xanım bizə yazdı ki, həqiqətən, Drezdendə məscid üslubunda bir tütün fabriki var.

  Hörmətl həmvətənlər. Bu barədə sizin də nəsə bir məlumatınız varsa bizə bildirin:      shekitarixi@gmail.com  

  

Bilirsinizmi?

1918-ci ildə, 1 ilin içində Şəki şəhəri əhalisinin yarısından çoxu - təxminən, 33 min nəfəri, aclıq, səfalət və xəstəlikdən tələf olmuşdur!

 

  Bu məsələ indiyə qədər araşdırılmayıb. Bəziləri deyirlər ki, adamlar acından ölmüşdür; belə ki Səki İpək sənayesi tənəzzülə uğramışdı və ölənlər isə bu sahədə işləyən 8 min fəhlə və onların 25 minlik külfəti imiş. Bəziləri deyirlər ki 33 min nəfər yatalaq xəstəliyi nəticəsində dünyasını dəyişmişdir. Amma bizdə belə bir məlumat da var ki, o il bütün dünyada 100 milyon adam "İspan qripi" nin qurbanı olmuşdur və mümkündür ki Şəkidə də məhz, həmin epidemiya tüğyan edibmiş.

  Hər-halda razılaşın ki biz bu dəhşətli hadisəni öyrənməyə və  həlak olmüş şəkililərin xətirəsinə heç olmasa bir abidə qoymağa mənən borcluyuq!

     Dekabrın 9-u Bakı vaxtı ilə 20.00 və 23.00 da  "Azadlıq" radiosunun"İz" Mədəniyyət proqramında aparıcısı Sevda xanım, mən - Aydın Məmmədov, Xarici İşlər Nazirliyi Dövlət Protokolu İdarəsinin rəisi, həm də qərərgahı Lüksembruqda yerləşən Əsilzadələr Cəmiyyətinin www.almanach.be sayt redaksiyasının üzvü Pərvin Mirzazadə  "mühacirətdə olan qəbirlər" mövzusunda maraqlı diskusiya   etndik:        Yükləyin və qulaq asın >> 

NEW (Zerrspiegel):  19-cu əsr, Şəkiyə dair bir neçə sənəd

  QƏDİMİ FOTOLAR

 Bu fotoların şüşə neqativlərini 2000-ci ildə Şəki şəhərində, rus millətindən olan bir qadın öz evinin zirzəmisini təmizləyərkən tapmış və MTN-nin Şəki şöbəsinə təqdim etmişdir; onun babası fotoqraf olub. Mən neqativləri həmin şöbədən 1-2 saatlıq götürüb Bayram Salamov adlı qocaman fotoqraf əli ilə onların foto kağız üzərində təsvirini əldə etdim. Səhv etmiriksə, 17 ədəd idi...   Bax: >>>

19 əsr Şəki tarixıçilərindən Kərim ağa Fatehin yazdığı “Şəki xanlarının ixtisar üzrə tarixi” və Hacı Seyid Əbdülhəmidin qələmə aldığı “Şəki xanları və onların nəsilləri” adlı əsərlərin rus dilinə tərcüməsi, Mərkəzi Almaniyanın Berlin şəhərində yerləşən məşhur  vostlit.info  saytına yerləşdirildi. Bax:  

КЕРИМ АГА ФАТИХ

Краткая история шекинских ханов

Предисловие

Текст

Генеалогические таблицы

****

ХАДЖИ СЕИД АБДУЛГАМИД

Родословная шекинских ханов и их потомков

Предисловие

Текст

Приложение

**

 

                              

 

AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA LÜĞƏTİ

  

                              

 

Azərbaycan latın hərifləri ilə yazılmış mətni Azərbaycan kiril həriflərinə və ərəb həriflərinə çevirmək üçün proqramı yüklə

 

                            

 

Latın klaviaturasında ərəb əlifbaqsı ilə mətn yazmaq üçün xüsusi veb səhifə!

 

                              

 

Azərbaycan klassik

ərəb-fars sözləri lüğəti

 

1-ci cild

 

2-ci cild

                               

 Hicri təqvimi Miladiyə, Miladini isə Hicriyə çevirmək üçün onlayn avtomat sinxron cədvəl

                              

"Dilmanc" tərcümə sisteminin yeni - 2,5 versiyası

Diqqət! bu avtotərcüməçini, imkan daxilində hər dəfə onun üz rəsmi saytından yükləyiin

Əgər həmin saytın açılmasında nəsə bir problem varsa, onda, bizim saytdan istifadə edin:

 

                              

 

Birbaşa internet vasitəsi ilə söz və qısa ifadələrin Azərbaycan dilindən ingilis, fransız və rus dilinə, bu dillərdən də və üstəlik, alman dilindən də Azərbaycan dilinə tərcümə!

 

Yaxud, Poliqlotun yeni 1.1 versiyası

Buna 20000-ə yaxın sözdən ibarət Azərbaycan – Rus lüğəti əlavə olunmuşdur. 

Poliqlot (Windows ver.1.1)

Yükləyin (20Mb) 

                              

 

Orfoqrafiya yoxlayıcısı

AzeriSpellChecker

Azərbaycan dilində yığılmış mətnlərdə sözlərin yazılışının orfoqrafik düzgünlüyünün yoxlanması üçün istifadə olunur. Sistem Azərbaycan əlifbasının Unicode standartları tətbiq olunan Microsoft Office paketinin bütün son versiyalarında (Microsoft Word 2000/XP/2003)-də istifadə edilə bilər:

Unicode.az saytından yükə >>

                              

Microsoft Word Çeviricisi

Bu proqram köhnə şriftlərlə yazılmış Word fayllarını yeni Unicode şriftlərinə çevirir. Bunun üstün cəhətləri ondan ibarətdir ki, sizin Word faylınızın formatını korlamadan çevirmə əməliyyatını yerinə yetirir: wordconv.zip