İoann de Qalonifontibusun “Qafqaz xalqları haqqında məlumat”ı
(Mətnı rus dilindən Aydın Məmmədov tərcümə edib)
Dominikanlı müəllif 9 mart 1377-ci ildə Roma papası tərəfindən “Naxçıvan yepiskopu”, 26 avqust 1398-ci ildə isə Sultaniyyədə oturmaq şərti ilə, “Bütün Şərqin arxiyepiskopu” təyin edilmişdir. O, 1403-cü ildə Avropaya qayıtmış və 1404-cü ildə orada “Qafqaz xalqları haqqında məlumat”ları qələmə almışdır.
İ. Qalonifontibus həmin əsərində ötəri də olsa, Şəki ölkəsinin ərazisi, etnik tərkibi v s. xüsusiyyətləri barədə də məlumat verir.
Söz gedən əsərin T. Layoş tərəfindən macar və ingilis dillərinə edilmiş tərcümələri, müvafiq olaraq 1977 və 1978-ci illərdə Budapeştdə nəşr edilib. Rus dilinə isə mərhum akad. Z. Bünyadov çevirmişdir ki, bu da 1980-cı il-də Bakıda çap olunmuşdur.
MƏTN
(Şəkiyə dair iqtibaslar)
… [Gürcüstandan] şərqə, düz Kaspi dənizinə, Dəmir qapı şəhərinə çatanadək, hansı ki var Şəki, müxtəlif dinlərdə olan çoxlu xalqlarla qarşılaşmaşmaq olar.
Bura – suyu, çörəyi, heyvanları, ipəyi və düyüsü olduqca bol bərəkətli və gözəl bir ölkədir. Onların qoz-fındıqdan əldə etdikləri yağ nəinki, kulinariya, hətta [yanacaq kimi] işıqlandırmanın da təlabatını təmin edir[1]...
Burada hakimiyyət müsəlmanların əlindədir. Burada həm gürcülər[2] (– oxu: pravoslavlar), saratsinlər[3] (– oxu: müsəlmanlar), darginlər[4] və ləzgilər[5] yaşayır. Bu yerlə dağlar arasında (Şəki ölkəsi ölkəsinin hüdudlarından kənarda, onun şimal sərhəddi boyunca?) iki xalq yan-yana sakin olub: – laklar[6] və darğinlər. Ölkənin bütün şimal hissəsində uca dağlar var, hansı ki onlar da Kaspi, yaxud Bakı dənizinə doğru uzanır.
Necə ki mən artıq qeyd elədim, düzənliklərdə və dağların ətəklərində müxtəlif xalqlar yaşayır və hər birinin öz dili var. Onların (– əslində, onların xristianlarının) məzhəbləri gürcülərlə eynidir, amma artıq qeyd edilənlərdən başqa, [həm də əlavə etməliyəm ki,] onlar özlərinin bir neçə xüsusi [dini] mərasimlərini də icra edirlər.
Bu yerdən şərqə doğru ləzgilər[7] yaşayır. Onların öz dilləri var. Onlar dağlarda yaşayırlar[8] və burda qoq və maqoq xalqlarından qorunmaq üçün Böyük Aleksandrın tikdirdiyi divarlar hələ də olduğu kimi durur.[9]
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
[1] İoann de Qalonifontibus sözünə belə davam edir: Amma ölkə bütünlüklə səhhət üçün yararlı deyil, bundan başqa əhali bağırsaqlarına qaz yığılmasından və sağlamlıqlarının zəifliyindən əziyyət çəkir, kənar yerdən gələnlər burada çox yaşaya bilmirlər. Əlbəttə, bunları ciddi qəbul etmək mümkün deyil!
[2] Gürcüstanla həmsərhəd olan Şəki ölkəsində də az-çox sayda gürcünün yaşaması təbii bir haldır. Lakin 4 cəhətə – hansılar ki aşağıda göstərirk, diqqət yetirsək belə bir nəticə çıxara bilərik ki, İ. D.Qalonifontibus “gürcü” deyərkən, həm də məxsusi dini mərasimləri olan provoslav məzhəbli albanları,
yaxud provoslav məzhəbli oğuzları nəzərdə tuturmuş:
1. O vaxtlar bu “gürcü”ləri Şirvanşah Şeyx İbrahim “tatar” adlandırırdı (Bax: );
2. Qeyri-türklər tərəfindən oğuzların “tatar” adlandırılması fakına 2 dəfə “Kitabi Dədə Qorqud”da da təsadüf edirik: IV boyda “kafirlər” Qazan xan oğlu Uruz bəyə “tatar oğlu” (Kitabi Dədə Qorqud, səh. 80), X boyda isə “təkurun arvadı” Qazan xanın özünə “tatar” deyir (Yenə orada, s. 144).
3. Necə ki İ. D. Qalonifontibus Şəki ölkəsi əhalisinin etnik tərkibini təsnif edərkən daha çox dini amilə üstünlük verir (məsələn, “...burada həm gürcülər, saratsinlər, müsəlmanlar...yaşayır), Şəki əyaləti əhalisinin 1824-cü il siyahıyaalınması aktlarında da belə edilmişdir (Məsələn, Vartaşen kəndində yaşayan pravoslav udinlər gürcü, qriqoryan udinlər isə erməni kimi qeydə alınıblar( ).).
4. İ. D. Qalonifontibus bu Şəki ölkəsidə yaşayan gürcülər barəsində həm də bildirir ki “Onların məzhəbləri gürcülərlə eynidir, amma ...onlar özlərinin bir neçə xüsusi mərasimlərini də icra edirlər.
[3] Mənbədə: Saraceni.
[4] Yenə orda: Thurigi.
[5] Yenə orda: Lazi.
[6] Yenə orda: Laggi.
[7] Mənbədə: Lagzi
[8] İoann de Qalonifontibus daha sonra ləzgilər barədə əlavə edir: Bu ləzgilərin həyatı, gərək ki, mövcud olan qanunlarla nizamlanır. Onlardan bir qismi müsəlman, başqaları gürcü (– oxu: provoslav), bir qismi isə xristiandır ( – oxu: katolikdir). Onlar çox iti yeriyirlər və yaxşı ox atanlardırlar. Bax: Иоан де Галонифонтибус, səh. 151.
[9] ИОАНН ДЕ ГАЛОНИФОНТИБУС, 25