1384-1404; Əmir Teymurun Şəki ölkəsinə hücumları
Bu monoqrafiyanı kitabça şəklində nəşr etdirməyi planlaşdırırdım. Onun üzərində 2007-ci ilin əvvəllərinə qədər işləmişəm. Cəmi bir neçə ay vaxt lazım idi ki texniki işləri də başa çatdırım və onu nəşrə tam hazır vəziyyətə gətirib çıxarım. Lakin iş elə gətirdi ki bu günə qədər heç gürə vaxt tapa bilmədim... Bu müddət ərzində yalnız ondan bir neçə çıxarış edib bu veb saytda yerləşdirmışəm, bir çıxarış isə "Elm" qəzetində dərc olunub. Aydındır ki, çıxarışlar mütləq redaktəyə məruz qalıblar və nəzərə alın ki, bir çox hallarda onların mətni bu monaqrafiyadakından xeyli yeni və daha mükəmməl ola bilər. Hesab edirəm ki, İnşallah, 2010-cu ilin ortalarında, yenidən bu əsərin redaktəsinə qayıdacağam. Redaktə deyəndə, heç bir məzmun dəyişikliyi olmayacaq, necə ki lap əvvəldə qeyd elədim, sohbət yalnız sırf texniki işlərdən gedir.
Aydın Məmmədov
31.10.2008
1384-1404; Əmir Teymurun Şəki ölkəsinə hücumları
Mündəricat
Mənbəşünaslıq – Şəki ölkəsinin 1384 – 1404-cü illər tarixinə dair məlumat verən mənbələr
2)...... Nizaməddin Şaminin “Zəfərnamə”si
3)...... Şərafəddin Əli Yəzdinin “Zəfərnamə”si
4)...... Mirxondun “Rövzətüs-səfa fi siratül-ənbiya”əsəri
5)...... İbn Ərəbşah və onun “Əcaibül-məqdur fi nəvaib timur” əsəri
6)...... İoann de Qalonifontibusun Qafqaz xalqları haqqında məlumat’ı
7)...... Parsadan Qorqicidzenin “Gürcüstan tarixi”
İoann de Qalonifontibusa görə:
Şəki ölkəsi əhalisinə dair xüsusiyyətlər:
Əmir Teymurun Şəki ölkəsinə I hücumu
Teymurun Gürcüstan və xaçpərəst ölkəsi yanına yetişməsi
Bu qalalardan digər biri Gəl-Gör-Get’in göydələn qalasıdır ki
O qalanın möcüzəli fəthi barədə dastan
ÖN SÖZ
Tarixi Şəki ölkəsinin, yəni müasir Azərbaycan Respublikasının şimal-qərb ərazisinin, tarixini araşdırarkən, Əmir Teymurun yürüşlərindən bəhs edən cəmi bir-neçə mənbədən onun bura etdiyi hücumlar barədə həcm və məzmunca o qədər geniş məlumat tapdıq ki, onların sayəsində 1384 – 1403-cü illərdə cərəyan etmiş həmin hadisələri ayrıca bir mövzu kimi öyrənmək fikrinə düşdük. Əsas məqsəd isə yenə də Şəkinin tarixini tədqiq etmək olaraq qalır, sadəcə, göstərilən dövr üçün bu ölkə tarixini işıqlandıran digər qaynaqların demək olar ki olmaması ucbatından, biz yalnız Əmir Teymurun yürüşlərini tərənnüm edən əsərlərdən faydalana bilirik. Aydındır ki bunların mətnindəki Şəkiyə, yaxud şəkililərə dair informasiya daşıyan hissələr də əslində Əmir Teymur, yaxud teymurilərin iştirakı ilə baş vermiş hadisələr barədə tarixi hekayətlərdir. Onlardan isə nə qədəri indiyə kimi Vətən tarixşünaslığına məlum idisə, həcmcə bir o qədəri də hələ naməlum olaraq qalırdı və ilk dəfə bizim tərəfimizdən, məhz, burada Vətən tarixinə tətbiq edilir. Biz həmin hekayətlərin hamısını, o cümlədən tarixşünaslığımıza məlum olan qismi də, öz tərcüməmizdə bu kitabçaya daxil etmişik.
Yeri gəlmişkən, əslində bu kitabça bizim hazırlamaqda olduğumuz və Şəki ölkəsi tarixinin daha geniş dövrünü əhatə etməli olan monoqrafiyamızın bir hissəsi idi və biz görəndə ki həmin elmi işi başa çatdırmaq üçün hələ xeyli vaxt lazımdır, onu tamamlayana qədər isə əldə etdiyimiz bir sıra nəticələrdən Vətən tarixinin tədqiqində istifadə edilməyəcək, onda, monoqrafiyanın hazır bir qismini – bu kitabçanı, nəşr etdirməyi lazım bildik ki bəzi nəticələrimiz Azərbaycan tarixinə tətbiq olunsun. Belə ki son illərdə nəşr edilmiş, daha çox İran tarixinin XIII – XVIII əsrlərini əhatə edən 7 cildlik “Azərbaycan tarixi”nin III cildində (1999) Əmir Teymurun Şəki ölkəsinə hücumları barədə heç nə yazılmayıb. Cildin sonunda verilən “Xronoloji cədvəl”də isə bu mövzuya aid cəmi bir tarix (–1402) – “...Şəki xanının Teymurun I Bayazidə qarşı yürüşündə iştirakı...” barədədir ki, bu da yanlışdır. Belə ki “Səki xanının” (– əslində: “Şəki hakimi Seyid Əhmədin” yazılmalı idi; görəsən, 15-ci əsrin başlanğıcı üçün “xan” titulunun nə demək olduğunu, hətta Əmir Teymurun da belə bir titula malik olmadığını bizim tarixçilər niyə bilmirlər!) 1402-ci il Ankara döyüşündə iştirak etməsi barədə tarixi mənbələrdə heç bir məlumat yoxdur! 14-cü əsrin son rübünün ortalarından 1551-ci ilə qədər tarix səhnəsində sanballı iz qoymuş Şəki hökmdarlığının tarixinə də bu cilddə yer ayrılmamış, yalnız 2-ci xəritədə həmin dövlətin təxmini sərhədləri göstərilməklə kifayətlənilmişdir. Belə çıxır ki, bizim tarixçilərimiz Şəki hökmdarlığının tarixini “öyrənmək işini”, bu dəfə tamamilə qonşu Gürcüstan və Dağıstan tarixçilərinin öhdələrinə buraxmışlar?!
Güman edirik ki bizim kitabçamız elmi ictimaiyyətin diqqətindən kənarda qalmayacaq və buradakı tarixi tədqiqatlarımıza, fars dilindən etdiyimiz tərcümələrə vaxtında münasibət bildiriləcəkdir. Şübhəsiz, aşkar ediləcək çatışmamazlıq və nöqsanları, hazırlamaqda olduğumuz monoqrafiyada aradan qaldıracağıq, irəli sürüləcək elmi əsasa malik təklifləri də orada nəzərə alacağıq.
MƏNBƏŞÜNASLIQ – ŞƏKİ ÖLKƏSİNİN 1384 – 1404-CÜ İLLƏR TARİXİNƏ DAİR MƏLUMAT VERƏN MƏNBƏLƏR
1) Əmir Teymurun təx. 1386-cı ilin 2-ci yarısında Mazandaran hakimi Seyid Əli Kiya'ya göndərdiyi məktub
Azacıq fərqlə köçürülmüş iki surətindən biri Heydər Evoğlunun “Məcmuə-ye Münşəat”ında, digəri isə Ərmağan “Məcəllə”sindədir. Birincinin Əbdülhüseyn Nəvayi tərəfindən hazırlanmış elmi-tənqidi mətni Tehranda 1962 və 1977-ci illərdə[1] və S. Ə. M. Sabetinin təshisi ilə olan adi mətni isə 1967-ci ildə (kitab içində) nəşr olunmuşdur.[2]
Söz gedən məktub, Əmir Teymurun ilk iki İran yürüşü zamanı, onunla, hərbi marşrutları üstündə, yaxud yaxınlığında yerləşən ölkə və vilayətlərin başçıları, o cümlədən Şəkinin hökmdarı arasında vaqe olmuş siyasi münasibətlərin başlanğıcdan izlənilməsi üçün müstəsna əhəmiyyət kəsb edir.
2) Nizaməddin Şamnin "Zəfərnamə"si
Müəllifin təvəllüd və vəfat etdiyi il qeyri müəyyəndir. 1393-cü ildə Bağdad teymurilər tərəfindən tutularkən orada yaşayırdı. Həmin vaxt əsir düşmüş, sonra isə N. Şaminin əla yazı-pozu qabiliyyətini nəzərə alan Əmir Teymur, onu öz yanına xidmətə götürmüşdür. Beləliklə, bizim müəllif, Əmir Teymurun sonrakı yürüşlərinin iştirakçısına çevrilir. 1401/02 (–h. 804)-cü ildə isə Əmir Teymur, N. Şami’yə öz zəfərlərini tərənnüm edən sadədilli bir tarix əsəri yazmaq barədə göstəriş verir. Bu sifariş əsasında işə başlayan N. Şami, “Zəfərnamə”ni qələmə alır və onu 1404-cü il aprelin 12-də şəxsən Əmir Teymura təqdim edir.
Tarixi mənbələrdə, daha sonra N. Şaminin adına 1405-ci il, yayın ikinci yarısında vaqe olmuş hadisələrin şərhində – Ömər mirza ilə vuruşmağa hazırlaşan və Şəki hökmdarı Seyid Əhmədin (1399 – 1423/1424 +[3]) də daxil olduğu koalisiyanın qarşıdurması ilə bağlı olaraq, təsadüf edilir. Belə ki həmin vaxt Ömər mirzanın yanında olan şəxslərdən biri də N. Şami idi və o, qarşı tərəflə danışıqlarda iştirak edirdi. Deməli, N. Şami, Əmir Teymurun ölümündən sonra Təbrizdə yaşamış və onun nəvəsi Ömər mirzanın xidmətində olmuşdu.
Zamanəmizədək “Zəfərnamə”nin, üzü müxtəlif illərdə köçürülmüş bir xeyli əlyazma nüsxəsi gəlib çatıb. Əsərin Fleks Taur tərəfindən hazırlanmış 2 cilddən ibarət farsca elmi-tənqidi mətni (qeyd və şərhlər çex dilində) 1937 (1-ci cild) və 1956-cı illərdə (2-ci cild) Praqada çap oluunmuşdur. Necati Lüğonun etdiyi türkcəyə tərcüməsi isə 1949 və 1987-ci illərdə Ankarada nəşr olunub.[4] Sonuncudan istifadə etməklə, Akademik Ziya Bünyadov “Zəfərnamə” nin Azərbaycana aid hissələrini dilimizə çevirmiş və bunlar 1992-ci il-də Bakıda kitabça şəklində nəşr edilmişdir. Lakin “Zəfərnamə”nin 1956-cı il Praqa çapının mətni ilə müqayisədə Şəkinin adı çəkilən hissələrdən biri ora daxil deyil. F. Taurun hazırladığı mətndə rast gəlmədiyimiz Şəkiyə aid bir hekayət isə Z. Bünyadovun qeyd edilən iqtibaslar kitabçasında var.
Yuxarıda göstərdiyimiz kimi, N. Şami 1393-cü ildən Əmir Teymurun yanında xidmət etməyə başlamış və həmin vaxtdan da onun yürüşlərinin iştirakçısı olmuşdur. Deməli, mümkündür ki, əsərində təsvir edilən 1393-cü ildən sonraya aid hadisələr, o cümlədən bunlardan Şəkiyə aid olanlar (cəmi 3 epizod; Şəki hökmdarı Seyid Əhmədin Alıncaq qalasında öldürülməsi bəhs edilən bir hekayət istisna olmaqla yerdə qalan ikisi) məhz, müəllifin şəxsi müşahidəsinə əsaslanmış olsun.
3) Şərafəddin Əli Yəzdinin "Zəfərnamə"si
Müəllif Yəzd şəhəri yaxınlığında anadan olub. Təvəllüd ili bilinmir. Vəfatı isə 1454-cü ildir. 1419-cu ildə Fars hakimi İbrahim sultanın (Əmir Teymurun oğul nəvəsi və Sultan Şahruxun oğlu) sarayında xidmət edərkən bu əsərini yazmaq üçün ondan tapşırıq alıb. Belə ki İbrahim sultan həmin vaxt babası Əmir Teymur haqqında məxsusi bir kitab yazdırmaq fikrinə düşmüşdü. Bu məqsədlə, lazım olan bütün sənəd və yazılı materialları bir yerə toplatdırmaqla yanaşı, bəzi hadisələrin sağ qalmış iştirakçılarını sarayına dəvət edib onların şəhadətlərini də yazıya köçürtdürmüş və bütün işi ümumiləşdirməyi, yəni lazım olan əsəri tərtib etməyi isə məhz, Ş. Ə. Yəzdinin öhdəsinə buraxmışdı. Kitabın yazılma prosesində, hansısa hadisənin təsvir edilməci zamanı, nəsə, mübahisəli bir şey olsa idi, İbrahim sultan təcili surətdə böyük şəhərlərə çaparlar göndərib həmin məsələni dəqiqləşdirmək üçün Əmir Teymurun başqa zamandaşlarının da köməyindən faydalanar və həm də, yazdırdığı kitab üçün əlavə məlumat toplatdırarmış. “Zəfərnamə”dəki bəzi şərhlər isə Ş. Ə. Yəzdinin şəxsi müşahidələrinə əsaslanmışdır. Əsər 1424/25 (– h. 828) ci ildə tamamlansa da, müəllif tərəfindən redaktəsi sonrakı üç il ərzində davam etdirilmişdi.
Ş. Ə. Yəzdi söz gedən əsəri 3 “məqalə”dən – yəni 3 cilddən ibarət olmasını planlaşdırmışdı; 1-ci cild – Əmir Teymura, 2-ci cild – Sultan Şahruxa, 3-cü cild isə – İbrahim sultana dair olmalı idi. Fəqət, sonrakı iki cild müəllif tərəfindən ya yazılmamış, ya da, yazılsa da onların orijinal, yaxud surətlərindən heç biri zəmanəmizədək gəlib çatmamışdır.
“Zəfərnamə” 1887 və 1888-ci illərdə, 1-ci və 2-ci hissələr olmaqla Kəlküttədə, daha sonra – 1958-ci ildə, Tehranda çap olunmuşdur.[5] Lakin bu nəşrlər zamanı istifadə edilmiş əlyazma nüsxələrinin heç birində əsərin ümumi həcminin beşdən birini təşkil edən “Müqəddimə” olmadığına görə, təbii ki həmin hissə də çap edilməmişdir. “Zəfərnamə”nin başqa bir, daha mükəmməl nüsxəsinin faksimelisinin – Özbəkistan EA Şərqşünaslıq İnstitutundakı 4472 şifrə altında saxlanılan əlyazmanın, 1972-ci il Daşkənd nəşrində (Ə. Urunbayev tərəfindən çapa hazırlanıb) isə söz gedən çatışmamazlıq aradan qaldırılmışdır.
Elə həmin nəşr əsasında da t. e. doktoru Vaqif Piriyev “Zəfərnamə”dən Azərbaycana aid və digər bəzi maraqlı çıxarışlar edərək, onları dilimizə çevirmiş və bunlar 1996-cı ildə Bakıda kitabça şəklində nəşr olunmuşdur. Biz də söz gedən əsərin, məhz, Daşkənd nəşrindən istifadə etmişik. Gətirdiyimiz iqtibasların Azərbaycan dilinə tərcümə edilməsi işi isə bu dəfə bizim zəhmətimizin bəhrəsidir və biz fars dilindən etdiyimiz bütün tərcümələrimiz kimi, burada da orijinaldakı dili, cümlə quruluşunu mümkün qədər saxlamağa daha çox üstünlük vermişik.
Ş. Ə. Yəzdinin “Zəfərnamə”sində təsadüf etdiyimiz Şəkiyə dair hekayətlər, əsasən N. Şaminin eyniadlı əsərindən götürülmə olsa da, müəyyən fərqlərə də malikdir və hər ikisindəkilər bizim üçün ayrı-ayrılıqda əhəmiyyət kəsb etməkdədir. Belə ki N. Şaminin məlumatları: əksər hallarda bir narrativ mənbənin verdiyi informasiya kimi, Ş. Ə. Yəzdinin yazdıqları isə: birincinin yoxlanılmış və daha da zənginləşdirilmiş redaktə variantı kimi əhəmyyət daşıyır.
4) Mirxonun "Rövzətüs-səfa fi siratül-ənbiya" əsəri
Müəllifin təvəllüdü 1433/34 (– hicri 837), vəfatı isə (22 iyun) 1498-ci ildir. Ömrünün çoxunu Herat şəhərində, Teymuri hökmdarı Sultan Baykaranın sarayında keçirib.
“Rövzətüs-səfa...” ümumtarix əsəri olmaqla 7 cilddən ibarətdir. Mirxondun ölümü nəticəsində yarımçıq qalmış sonuncu – 7-ci cild, onun nəvəsi Xondəmir tərəfindən tamamlanıb. Əsərin bütün cildləri hələ 19-cu əsrin 2-ci yarısı ərzində üç yerdə – Bombey, Tehran və Lakxnauda daşbasma üsulu ilə çap edilmişdir.
O ki qaldı “Rövzətüs-səfa”da olan bizim mövzuya dair məlumatlara, yəni Əmir Teymurun Şəkiyə hücumları barədə orada yazılanlara, demək olar ki bunlar hamısı Ş. Ə. Yəzdi “Zəfərnamə”sindəkinin müxtəsər təkrarından başqa bir şey deyil. Həmin səbəbdən də “Rövzətüs-səfa”ya, yalnız “Zəfərnamə” mətnindəki hansısa sözün oxunuşunu dəqiqləşdirməkdən qeyri, başqa halda istinad etməyəcəyik.
5) İbn Ərəbşah və onun "Əcaibül-məqdur fi nəvaib timur" əsəri
İbn Ərəbşah 1389-cu ildə (5 noyabr) Dəməşqdə anadan olub, 1450-ci ildə isə Qahirədə vəfat etmişdir. O, 1401-ci ildə 12 yaşında ikən, Əmir Teymur Dəməşqi ələ keçirmiş, onu, anası və qardaşları ilə birlikdə, yerli sakinlərdən əsir etdiyi bütün intelektual qismin özləri və ailələri kimi Səmərqəndə göndərmişdir. İbn Ərəbşahın 1408-ci ilə qədər Orta Asiyada nə işlə məşğul olması məlum deyil, əsərlərindən yalnız bu anlaşılır ki, əmirlər, alimlər və şahmatçılar arasında imiş. Güman edilir ki, o həmin müddət ərzində Əmir Teymurun nəvəsi Xəlil sultanın xidmətində olmuşdu.
İbn Ərəbşah Səmərqənddə yaşadığı müddət ərzində təhsil almış, fars, türk və monqol dillərini öyrənmişdir. O, 1408-ci ildə səyahətə başlayaraq, əvvəl Çinə yollanmış, sonra oradan Krıma qədər uzaq bir məsafəni qət etmiş, buradan isə Ədirnəyə getmişdir. Ədirnədə ərəb və fars dillərində olan ədəbiyyatı türkcəyə tərcümə etmək işi ilə məşğul olan bizim müəllif, daha sonra Türk sultanı Məhəmmədin (1402-1421) sarayında mirzəlik etmişdir. Sultan Məhəmmədin ölümündən sonra Hələbə getmiş, oradan isə doğma şəhəri olan Dəməşqə qayıtmışdır. 1428-ci ildə (Həcc ziyarətinə gedib-gəldikdən sonra) elə burada elmi-ədəbi fəaliyyətə başlayan İbn Ərəbşah, eyni işi Qahirəyə köçdükdən sonra davam etdirirmiş və “Əcaibül-məqdur…”u 1440-cı ildə məhz, orada başa çatdrırmışdır[6].
Biz “Əcaibül-məqdur”un ərəbcədən fars dilinə Məhəmməd Əli Necati tərəfindən edilmiş tərcüməsindən (1960/61 (–h.ş.1339))-ci il Tehran nəşri)[7] istifadə etmişik. Əsərdə Azərbaycan tarixçiliyi üçün əhəmiyyətli faktlar çoxdur. Maraqlıdır ki Əmir Teymurun sonuncu Gürcüstan yürüşü (1403) barədə İbn Ərəbşahın qələmə aldığı bəhslər də əslində Gürcüstana yox, Səkiyə aiddir. Bunu biz yalnız həmin hekayətlərin mətninə xüsusi diqqət yetirdikdə aşkar edə bildik. Belə ki bu hekayətlərdə “Gəl-Gör-Get” adlı bir qaladan da bəhs olunur, Şirvanşah Şeyx İbrahimin dili ilə isə yerli əhali gürcü yox, “tatar” adlandırılır. Bu zaman bizim üçün aydınlaşır ki, hekayətlərdəki “gürcü” sözləri millət yox, hümmət və məzhəb, yəni “xristian provoslav” mənasında işlədilmişdir. (Məsələn, necə ki Şəki əyalətinin 1824-cü il siyahıyaalma aktlarında Vartaşen kəndidə yaşayan pravoslav udinlər “gürcü”, qriqoryan udinlər isə “erməni” kimi qeydə alınmışlar[8]. Əmir Teymurun hücumları dövründə, Şəkidə çox sayda xristian yaşaması faktı narrativ mənbədə – İoann de Qalonifontibusun “Qafqaz xalqları haqqında məlumat”ında təsdiq olunur[9])
Vətən tarixinin bir hissəsi yaşanan həmin hekayətlər, indiyə qədər Vətən tarıxşünaslığına məlum deyildi, bunları Azərbaycan dilinə ilk dəfə biz tərcümə etdik.
Mümkündür ki ibn Ərəbşah 1403-cü ildə Əmir Teymurun ordusu ilə birlikdə Şəki ölkəsində olmuş, burada baş verən bəzi hadisələri, hansılar ki sonralar “Əcaibül-məqdur”da qələmə almışdır, onları o vaxt 14 yaşında ikən şəxsən müşahidə etmişdir. Şəki ölkəsinin müvafiq dövr tarixinin öyrənilməsi işində “Əcaibül-məqdur”un müstəsna əhəmiyyəti var və bu baxımdan heç də təsadüfi deyildir ki, bizim söz gedən əsərdən iqtibas gətirdiyimiz, Şəki ölkəsi ndəki Gəl-Gör-Get – Gələsən-Görəsən qalasının 1403-cü ildə Əmir Teymur tərəfindən ələ keçirməsi barədə bəhs (– “O qalanın möcüzəli fəthi barədə dastan”) və s. bu kimi mövzumuza uyğun gələn hissələr, aşağıdakı iqtibasların ümumi həcminin yarısını təşkil etməkdədir.
6) İoann de Qalonifontibusun “Qafqaz xalqları haqqında məlumat”ı
Dominikanlı müəllif 9 mart 1377-ci ildə Roma papası tərəfindən “Naxçıvan yepiskopu”, 26 avqust 1398-ci ildə isə Sultaniyyədə oturmaq şərti ilə, “Bütün Şərqin arxiyepiskopu” təyin edilmişdir. O, 1403-cü ildə Avropaya qayıtmış və 1404-cü ildə orada “Qafqaz xalqları haqqında məlumat”ları qələmə almışdır. İ. Qalonifontibus həmin əsərində ötəri də olsa, Şəki ölkəsinin ərazisi, etnik tərkibi v s. xüsusiyyətləri barədə də məlumat verir. Müəllifin yazdıqları bu ərazinin Əmir Teymur hücumlarına məruz qaldığı dövrünə aiddir və ona görə də biz həmin ötəri məlumatlara xüsusi diqqət yetirməyə məcburuq!
Söz gedən əsərin T. Layoş tərəfindən macar və ingilis dillərinə edilmiş tərcümələri, müvafiq olaraq 1977 və 1978-ci illərdə Budapeştdə nəşr edilib. Rus dilinə isə mərhum akad. Z. Bünyadov çevirmişdir ki, bu da 1980-cı il-də Bakıda çap olunmuşdur.
7) Parsadan Qorqicidzenin “Gürcüstan tarixi”
Müəllifin təvəllüdü 1626-cı il hesab edilir. Vəfat vaxtı isə bilinmir, yalnız məlumdur ki, bu 1694-cü ildən sonraya təsadüf etməlidir. Əslən Qoridəndir. 10 yaşında olanda Kartli çarı Rostom-Xosrov mirzə (1633-1658) tərəfindən himayəyə götürülmüş və onun sarayında yaşamağa başlamışdır. Heç şübhəsiz ki, məhz, burada fars dilini mükəmməl surətdə öyrənə bilmişdir. Belə ki o, hələ, yeniyetmə yaşında ikən bir neçə dəfə mühüm əhəmiyyətli işləri icra etmək üçün İrana göndərilib. 1656-cı ildə II Şah Abbas (1642-1666) P. Qorqicidzeni İran paytaxtına – İsfahan şəhərinə, darğa, bir müddət sonra isə öz sarayına eşikağası təyin edir. Lakin 1666-cı ildə o, şahın qəzəbinə gəlir. Nəticədə dövlət qulluğunda olan qardaşı ilə birlikdə Şüstər şəhərinə sürgünə göndərilir və ömrünün 6 ilini orada yaşamalı olur.
Parsadan Qorqicidze “Gürcüstan tarixi”ndən əvvəl də ədəbi-elmi fəaliyyətlə məşğul olmuşdur. Məsələn, o, gürcücə – farsca – ərəbcə lüğət tərtib etmiş, 40 il əvvəl hazırlamağa başladığı B. M. Əmini “Cam-i Abbasi”sinin gürcü dilinə tərcüməsini 1691-ci ildə tamamlamış və s. Söz gedən “Gürcüstan tarixi”ni isə 1694-cü ildə başa çatdırmışdır.
“Gürcüstan tarixi”nin Gürcüstan Respublikası EA Əlyazmaları İnstitutunda saxlanılan orijinal nüsxəsi 1841-ci ildə məşhur gürcü tarixçisi P. İoseliani tərəfindən əldə olunub. 20-ci əsrin ortalarında V. S. Puturidze əsəri rus dilinə tərcümə etməyə başlayır və bu işi onun şagirdlərindən biri – R. K. Kiknadze sona çatdırır. Biz söz gedən əsərin 1990-cı il Tbilisi nəşrindən (rusca) istifadə etmişik.
“Gürcüstan tarixi”ndəki bu mövzuya uyğun gələn məlumatlar o əsərdən daha əvvəl qələmə alınmış digər Orta əsr mənbələrindən bizə bəllidir. Lakin Qorqicidzenin milli mənsubiyyətinə, dilinə və gürcü tarixi mənbələri ilə tanışlığına görə onun yazdıqlarına da diqqət yetirməyə məcburuq.
XIII ƏSRİN SONU – XIV ƏSRİN ƏVVƏLLƏRİNDƏ ŞƏKİ ÖLKƏSİNİN ƏRAZİSİ, S. XÜSUSİYYƏTLƏRİ, ƏHALİSİNİN ETNİK TƏRKİBİ VƏ DİNİ MƏNSUBİYYƏTİ – ŞƏKİ ÖLKƏSİNİN TARİXİ COĞRAFİYASINA DAİR MƏLUMATLAR
İoann de Qalonifontibusa görə:
… [Gürcüstandan] şərqə, düz Kaspi dənizinə, Dəmir qapı şəhərinə çatanadək, hansı ki var Şəki, müxtəlif dinlərdə olan çoxlu xalqlarla qarşılaşmaşmaq olar.
Bura – suyu, çörəyi, heyvanları, ipəyi və düyüsü olduqca bol bərəkətli və gözəl bir ölkədir. Onların qoz-fındıqdan əldə etdikləri yağ nəinki, kulinariya, hətta [yanacaq kimi] işıqlandırmanın da təlabatını təmin edir[10]...
Burada hakimiyyət müsəlmanların əlindədir. Burada həm gürcülər[11] (– oxu: pravoslavlar), saratsinlər[12] (– oxu: müsəlmanlar), darginlər[13] və ləzgilər[14] yaşayır. Bu yerlə dağlar arasında (Şəki ölkəsi ölkəsinin hüdudlarından kənarda, onun şimal sərhəddi boyunca?) iki xalq yan-yana sakin olub: – laklar[15] və darğinlər. Ölkənin bütün şimal hissəsində uca dağlar var, hansı ki onlar da Kaspi, yaxud Bakı dənizinə doğru uzanır.
Necə ki mən artıq qeyd elədim, düzənliklərdə və dağların ətəklərində müxtəlif xalqlar yaşayır və hər birinin öz dili var. Onların (– əslində, onların xristianlarının) məzhəbləri gürcülərlə eynidir, amma artıq qeyd edilənlərdən başqa, [həm də əlavə etməliyəm ki,] onlar özlərinin bir neçə xüsusi [dini] mərasimlərini də icra edirlər.
Bu yerdən şərqə doğru ləzgilər[16] yaşayır. Onların öz dilləri var. Onlar dağlarda yaşayırlar[17] və burda qoq və maqoq xalqlarından qorunmaq üçün Böyük Aleksandrın tikdirdiyi divarlar hələ də olduğu kimi durur.[18]
N. Şaminin və Ş. Ə. Yəzdinin “Zəfərnamə”lərində Əmir Teymurun Şəki ölkəsinə hucunlarından bəhs edilərkən, Şəki ölkəsinin o vaxtkı tarixi coğrafiyasına dair də az-çox məlumat verilmişdir. İbn Ərəbşahın “Əcaibül-məqdur fi nəvaib timur” əsərində isə Gəl – Gör – Get qalası və “mağaralıq”dan söhbət gedir ki, heç şübhəsiz, onların da hər ikisi bu ölkədə idi və birincisi Kiş çayının mənbəyi yaxınlığında yerləşən, indi “Gələsən-Görəsən” adı ilə tanınan qaladır!
Şəki ölkəsinin 14-cü əsrin sonu, 15-ci əsrin əvvəlləri üzrə tarixi coğrafiyası narrativ mənbələrdə - bütün məlumatların ümumiləşdirilməsi
Şəki ölkəsinin sərhədləri:
14-cü əsrin sonu, 15-ci əsrin əvvəllərində Tiflisdən bir qədər sonra Şəki ölkəsinin ərazisi başlayır, Kür çayı onun cənub sərhədini müəyyən edir, şərqdə isə bu ölkənin sərhədi Qəbələ şəhərinin yaxınlığından keçirdi. Şəki ölkəsinin həmin dövr üçün hüdudlarını müasir xəritədə[19] təxmini, belə göstərmək olar:
Şəki ölkəsi ərazisində olan yerlər:
Bu ölkədə Tənqut, yaxud Səkğut (Zaxur?), Ağcab, Bərtaz vilayətləri, Bərtaz eli, Kür çayı yaxınlığında isə Sorxab Qarabağı, yaxud Kiçik Qarabağ adlı yer və Sorxab adlı bir qala var idi. Çox güman ki indiki Kiş çayı o vaxtlar “Ağ su” adlanırmış. Mənbələrdə koordinatları o qədər də konkret göstərilməmiş “Ağ su dərəsi”, yəni “Ağ su” adlı çayın mənbəyi", Gəl – Gör – Get qalası və “mağaralıq ” deyilən yer də, heç şübhəsiz bu ölkədə idi və onlardan birincisini indiki Kiş dərəsi, yaxud Kiş çayının mənbəyi, ikincisini isə elə həmin ərazidə yerləşən indiki məşhur Gələsən-Görəsən qalası hesab etmək mümkündür.
Şəki ölkəsi əhalisinə dair xüsusiyyətlər:
Burada müsəlmanlar hakimiyyətdə idilər. Lakin Şəki ölkəsi ərazisinin dağlıq yerlərində xristianların knyazlıqları, möhtəşəm qalaları da var idi. Xristianların əksəriyyəti pravoslav, az bir qismi – ləzgilərdən bu ölkənin şimal-şərqində yaşayanlar, katolik idi. Pravoslavlar gürcülərlə eyni məzhəbdə olsalar da, gürcülərdən fərqli, məxsusi dini mərasimlər də icra edirdilər. Onlar müxtəlif və fərqli etnik qruplara mənsub idilər. Məsələn, başqaları tərəfindən “tatar” adlandırılan türkdillilər və ləzgilər. Amma onların hamısı albanların törəmələri olmaqla, Şəki ölkəsinin köklü sakinləri idilər, hansı ki albanlar hələ I əsrin I yarısında xristianlığı qəbul etməyə başlamış və Kişdə həvari – apastol kilsəsi tikmişdilər. Katoliklər isə həmin məzhəbə Avropadan gəlmiş missionerlərin təsiri altında, təzəlikcə keçmişdilər. O ki qaldı müsəlmanlara, heç şübhəsiz, onların çoxu, islam dinini qəbul etmiş albanlar, yaxud albanların törəmələri idi.
Şəki ölkəsinin təbiəti və s.:
“Bura – suyu, çörəyi, heyvanları, ipəyi və düyüsü olduqca bol bərəkətli və gözəl bir ölkədir.” Şəki ölkəsində qoz-fındıq ağacları o qədər çox idi və bu ağaclardan o qədər məhsul götürülürdü ki, yerli əhali nəinki yeməyi qoz-fındıq yağı ilə hazırlayır, hətta evlərini işıqlandırmaq üçün də neft əvəzinə qoz-fındıq yağından istifadə edirmiş.
Şəki ölkəsi ərazisində həddən ziyadə ov heyvanları, xüsusilə də ceyran var idi.
ƏMİR TEYMURUN İRAN YÜRÜŞLƏRİNƏ BAŞLAMASI VƏ BAŞQALARI İLƏ YANAŞI ŞƏKİ VƏ ŞİRVAN ƏMİRLƏRİNİN DƏ ONA QARŞI ÇIXMASI
14-cü əsrin 70-ci illərində Orta Asiyada – Cağatay ulusunun qərb hissəsində, hakimiyyəti ələ keçirən Əmir Teymur ömrünün sonuna qədər yalnız baş əmir olsa da, əslində, tarix səhnəsində yeni bir imperiyanın bünövrəsini qoymuş oldu. O, 1384-cı ildə ilk İran yürüşünü edir və Zəncana qədər irəliləyir.[20] Lakin tezliklə geri dönür və bir ildən sonra ikinci İran yürüşünə başlayır. Hər iki yürüşün bəzi təfərrüatı, onun təxm. 1386-cı ilin 2-ci yarısında Mazandaran hakimi Seyid Əli Kiyaya göndərdiyi məktubunun əvvəlində belə xatırlanır:
...elə ki hümayun bayraqlar İran məmləkətlərinə doğru istiqamətləndirildi, o yürüşdə, sağ cinahlara ilahi inayət (–lütf), tabe olmayan və müqavimət göstərən camaatın halının düzəlməsi nə surətdə əl verdi; və Məlik İzzəddin [Lor][21] və [Padşah][22] Əhməd və digər Kürdüstan məlikləri və üməra-ye (–əmirlər) Şirvan və Şəki və Tiflis valisi Məlik Baqrat ki hər bir [təriqe-ye müxalifət[23]] çalışdı və Cahan Müta’ Həzrət Padşah Xuldullahın (–Ə. T.un) məliklik və sultanlıq fərmanını xilaf (–tərsinə) yerinə yetirib itaət etmək yolundan çıxdılar – nə növdə ədəb öyrənmə və ziyana uğrama tapdılar…[24]
Buna əsasən məlum olur ki Əmir Teymur ikinci İran yürüşünə 1385-ci ildə başlamamışdan öncə, həmin istiqamətdəki, o cümlədən Cənubi Qafqazdakı hakimlərlə əlaqə yaratmış, bunları tərəfdaşlığa dəvət etmiş, əvəzində isə, bir çoxundan, o cümlədən hansısa Şəki əmirindən (yaxud: ümərasından) rədd cavabı almışdır. Heç şübhə etmirik və eləcə də qəbul edirik ki, bu iş Əmir Teymurun 1384-cü ildəki birinci İran yürüşü zamanı baş vermişdir. Adları sadalanan, Əmir Teymura qarşı şərti koalisiya yaratmış yerli hakimlərin idarəçiliyindəki ərazilərin nəyə görə məlum 1384-cü il yürüşündən kənarda qaldığının və nəyə görə sözgedən Cağatay sərkərdəsinin o vaxt Zəncandan irəliyə gedə bilmədiyinin səbəbi isə həmin sənəd əsasında aydınlaşır: Əmir Teymurun 1-ci İran yürüşü zamanı da Kiçik Lor Hakimi Məlik İzzəddin, Cəlair padşahı Sultan Əhməd (1382–1393; 1405–1412), Kürdüstan məlikləri, Gürcü çarı V Baqtrat (1360–1393), Şirvanşah İbrahim (1382[25]–1417) və Şəki hökmdarı (yaxud: əmir(lər)i), Əmir Teymura qarşı birgə mübarizə apara bilərdilər! Bəli, sonralar Əmir Teymur öz “memuar”larında etiraf edir ki:
Bu zaman ağlıma belə bir fikir gəldi ki, əgər həmin məmləkətlərin padşahları ittifaq bağlayaraq mənə qarşı birləşsələr necə olacaq? Özüm belə qərara gəldim ki, həmin məmləkətlərin padşahlarını ayrı-ayrılıqda tabe etmək, itaətə gəlməyənləri isə cəzalandırmaq lazımdır! [26]
Lakin müttəfiqlərə qarşi Qızıl Orda xanı Toxtamışın ( ) timsalında ikinci bir fövqəldüşmənin də peyda olması ilə bu “koalisiya” dağıldı. Onların ərazilərinin isə Əmir Teymur tərəfindən tezliklə və asanlıqla işğal edilməsi üçün şərait yarandı...
1385-ci ilin əvvəllərində Toxtamış xanın 90 minlik ordusu Şirvandan keçərək[27] Azərbaycana soxuldu. Qızıl Ordalılar Təbrizi 8 gün mühasirədə saxlayıb son nəhayətdə onu hiylə ilə ələ keçirə bildilər. Əmir Teymur isə eyni vaxtda Kiçik Lor və Kürdüstana yürüş etdi.[28]Az müddətdən sonra Qızıl Ordalılar Azərbaycan vilayətindən əsir götürdükləri 200 min nəfərlə birlikdə geri döndülər. Bu zaman Əmir Teymur əvvəlcə, öz adamlarından bir qrupunu, hələ ilk İran yürüşü zamanı onun tərəfinə keçmiş olan Cəlair əmirlərindən Adil ağa ilə Təbrizə göndərdi. Bunlara qarşı heç bir ciddi müqavimətin baş vermədiyini gördükdən sonra isə özü də ordusunun əsas hissələri ilə bura gəldi... 1385-ci ildə Təbrizdə üzərində Cağatay ulusunun xanı – Soyurqatmış (1367–1389) və baş əmiri – Əmir Teymurun adları həkk olunmuş sikkələr zərb edildi.[29] O ki qaldı həmin vilayəti təslimə hazırlamış yerli əmir Adil Ağanın aqibətinə, bu iş çox acınacaqlı qurtardı; onu Əmir Teymurun göstərişinə əsasən yaxın adamları ilə birlikdə işgəncə ilə öldürdülər. Beləliklə, Əmir Teymur Azərbaycan vilayətini çox asanlıqla ələ keçirdi. 1386-cı ilin payız fəslinin əvvəllərində isə ətrafdakı digər əraziləri də istila etmək üçün öz ordusu ilə Təbrizdən çıxıb şimal-qərb istiqamətində hərəkətə başladı. Tezliklə Gürcüstana çatdı, oradan da Şəkiyə keçdi… O, özü bütün bunlar barədə elə həmin məktubunda yazır və “Şəki əmir(lər)i” ifadəsini bir daha işlədir:
Elə ki mübarəki hümayun bayraqlar [Lor-e Kuçik[30]] tərəfə istiqamətləndirildi, Məlik İzzəddinin vilayət və nahiyələrinin küllisi xarab və zəlil oldu və O, və Onun oğlanları azadlıqlarını itirmiş və məhbus [edilmiş] oldular; və Kürdüstan məlikləri, Onlardan hər kəs ki üsyan göstərdilər – xəcalətli və gözdən düşmüş oldular; və Əhməd, buna baxmayaraq ki Onu neçə kərə moizə və nəsihətlərlə tənbeh [etdirdik,[31] [lakin Ona] doğru və faydalı gəlmədi] və axırı peşiman edildi və bütün qarışıqlıqlar Onun əhvalına yol tapdı; və Şirvan və Şəki vilayətinin ümərası, cəmisi ki qarşıdurma göstərirdilər, əzilmiş oldular və onlar ki Aləm Pənahın (–Ə. T.-un) dərgahına iltica gətirdilər, vilayət və nahiyələri Onlara tapşırılmış oldu və növbənöv himayələr və inayətlər üzrə ixtisas qazandılar. Tiflis valisi Məlik Baqrat ki, Tiflis və Abxaz diyarı və Gürcüstan məmləkətlərinin səltənət və hökumətinin istiqlal və iqtidarına uzun sürən müddətdə hər nə daha tamam edilmiş idi və Onun əzəmət və bəstət (–qüdrət) və şövkətinin hilal ayı bədrləndi, Onu islama və itaətə dəvət etdirmiş oldu. Arxayınlıq və saymazlıq göstərdi. Bu halda mənsurə (–şanlı) cəhət ləşgərlər Onun halının dəf və düzəltmək üçün Tiflis tərəfə hərəkətə gətirilmiş oldu. İlahi inayətə, az bir zamana Onun vilayətinin istinadgahları və istehkamları ([vilayətlər[32] O etdirib]) «xilas» edilib, Onu tutub Aləm pənahın dərgahına gətirdilər…[33]
ƏMİR TEYMURUN ŞƏKİ ÖLKƏSİNƏ I HÜCUMU
Bir az yuxarıda Əmir Teymurun ikinci İran yürüşündən söz gedərkən, bu Cağatay sərkərdəsinin o vaxt Şəkiyə də hücum etməsi göstərildi və məktubundan iqtibas gətirilərək, onun elə öz dili ilə, İran yürüşlərinə başlamasından ta Tiflisi fəth etməsi və Məlik Baqratı əsir almasınadək müəyyən məlumat verildi. Hadisələrin sonrakı gedişatını, yəni Əmir Teymurun Şəkiyə 1-ci hücumunu öyrənək üçün isə indi iki eyniadlı mənbəyə – N. Şami və Ş. Ə. Yəzdinin Zəfərnamə’lərinə müraciət edək; birinci müəllifə görə: Əmir Teymur Tiflisdən sonra öz ordusunu Şəkiyə doğru hərəkətə gətirmiş və həm də yol boyu ov işi ilə məşğul olmuşdur:
...o qədər şikar düşdü ki çoxluğu hədd və ölçüyə gəlməz. Buna görə ləşgərlər kök ahuları seçirlər və arıqları saxlayırlar ki Şəki dağlarında qalsınlar. [Əmir Teymur] [Əmirzadə[34]] Dərviş Məhəmməd[i Şəkidə düşmənlərin dəfi üçün sərdar təyin edib yola salmaqla bərabər, Ərqunşahı və və Ramazan Xocanı Tanquta[35]] [və Əmir Cahanşahı başqa əmirlərlə] göndərdi ta ləkziləri (– ləzgilər yaşayan yerlərə qədərki əraziləri, yaxud ləzgilər yaşayan yerləri də) qarət etsinlər [Digər əsgərlər Elbrus dağının ətəklərinə getdilər və harada bir qala gördülərsə yıxdıqdan sonra[36]] Qəbələ məkanında cəm oldular və Həzrətin bəndəliyi (–Ə.T.) [Əmir Məhəmməd bəyi[37]] Aqcaba[38] göndərdi, [ sonra hamısı] [Kiçik Qarabağa[39]] getdilər və o yerdə Kür çayı üzərində qayıqlardan körpü gördülər və Sorxab[40] qalasını tutdular və o yerdən… Bərdə tərəfə gəldilər[41]
Ş. Ə. Yəzdi isə eyni hadisələri belə qələmə alıb: Tiflisdən sonra
Elə ki hümayun məvkibin (–padşah üzəngisi yanında durmaq vəzifəsi daşıyan atlı, yaxud piyada dəstəsi) çadırları [qurulan yer[42]] Şəki vilayəti oldu, Həzrət sahib qiran(–Ə.T.) kafirlərin kökünü kəsmək və çıxarıb atmaq üçün Nüsrət (–zəfər) şüar (– əlamət) ləşgəri dəstə-dəstə buranın hər yerinə göndərdi. Əmir Cahanşah bəzi üməra ilə fərmanın hökmü üzrə bütün ləkzilərə[43] hücum edib qarət elədilər və onlardan bir çoxunu cihad qılıncından keçirdilər; [nəzm:]
Bu kafiri qəza qılıncı ilə axıradək
təqib edən o müzəffər bayraqlı qoşunlara,
Qənimət o qədər ki bəlkə hesaba gəlməz,
qoşunlar apara bildikləri qədər onlardan apardı.
və Əmir [Dərviş Məhəmməd][44] Bərlas, Gərdun şükuh (–dünya qədər, yaxud cəlalla hərəkət edən) qoşunlardan çoxlu güruhla Şəki dağıstanına (– Şəkinin dağlıq yerlərinə) girdilər və camaatın bir hissəsi ki itaət etmək və xilas olmaq yoluna qədəm qoymamış idilər, o dağlarda ələ keçirib əsir və kölə vəziyyətinə saldılar və hər nəyə malik idilər qarət və tarac yelinə verdilər; [nəzm:]
Müzəffər qoşunlar o dağlıq yerlərdə
tarac etmişdilər çoxlu şey,
Düşməni candan məhrum etsələr də
məcbur idilər amma götürsünlər apara bildikləri qədər hələ ki.
və Arğunşah İxtaci və Ramazanxacə, Əsrin zəfər məvkibindən bir dəstə ilə Səkğut[45] vilayətinə tələsib [qətl və əsir və qarətdən istila][46] və mükəmməl qələbə əsərləri zühura çıxardılar; [beyt:]
Hara oldu ki o adlı-sanlı ləşgər,
niyə olmadı qalib, pərvərdigarın köməyi ilə?!
və Əmir Məhəmməd [bəy və][47] Əmir Musa; [beyt:]
Qələbə çələngli,
bütün şirlər cumdu birdən.
Ağcəb vilayətinə yollandılar və o yerləri istila və zəbt hövzəsinə daxil etdilər; [beyt:]
Hər yerdə ki bu hünər zəminindən fənd,
müzəffər etmədimi o qoşunları məgər bu?
və Həzrət sahib qiran, öz mübarək canı və sair firuzi (–zəfər) təsirli ləşkərlərlə Əlbruz (– Qafqaz) dağının ətəyinə gəlib çıxdı. Rəbb tərəfindən göndərilmiş inayətlər[lə yanaşı[48]] gündən-günə artan qüdrət və asimani qüvvətləndirilmiş qoşunlar mənsur bayraqlı əsgərlərin hümayun üzəngisinin nökərinin (–Ə.T.-un) sidq niyyətli qolunun qüvvəsi və hüsn-e etiqadı ilə qəza və cihad [bayrağını] qaldırıb; və ulu dinin nüsrəti, məlun kor kafirlər üçün cahana ah-nalə və təhlil salıb; [nəzm:]
Elə ki cahangir şahın adamları yetişdi,
hər tərəfdən ah-nalə qalxdı.
O yer ki ordusu səadətli toz gətirdi,
din bağının budağında hər zəif ümmət cücərdi.
Dalğalandı din üfqünün ənvər namlı bayrağı
üzə çıxdı kafirlərin zülmət və zəlaləti
və adlı-sanlı əmirlər və fil yıxan, şir ovlayan bahadırlar ki kafirlərin vilayətlərini istila etmək, fəsad və təfriqənin dəfi üçün ətraf və yaxınlara getmiş idilər, bu ziyansızlardan (– ziyan vurmağa qadir olmayan adamlardan) bir çoxunu qəzanın qılıncına tuş gətirib və Onların istinadgah və istehkamlarını ələ keçirib və viran etdirib və zəbt və mənimsənilmə altında bol qənimətlər çıxarıb Qəbələ məkanında ali orduya çatdılar;
[nəzm:]
Şahın qoşun dəstəsi tutdu çox ölkə və diyar
qala aldı, istehkam yıxdı və öldürdü düşmən.
Ələ keçirib çoxlu qənimətlər saysız-hesabsız,
ali ordu tərəfə fəth küləyi ilə gəldi.
və (ordu) Sorx[ab] qalasını da istila edib və yerlə həmvar düzəldib Sorxab Qarabağı tərəfə gəldi və [Əmir Teymur orduya] o yerdən köç edib Kür çayının kənarına düşmək buyurdu; və fərman-e qəza-ye cərəyan qüvvəyə mindi ki, qamış və çör-çöpdən navallar (– hissələr) hazırlayıb Kür çayı üzərində körpü bağlasınlar; və elə ki, Sahibqiran qazi, mənsur ləşgərlə çaydan keçdi hümayun əzmin yüyəni Bərdə tərəfə dönmüş oldu.[49]
Əmir Teymur 1387-ci ilin yaz fəslinin əvvəllərinə qədər Qarabağda qalır. Həmin müddət ərzində orada baş vermiş hadisələrdən yalnız ikisi bizim mövzu üçün maraqlıdır: Əsir düşmüş Gürcü çarı V Baqratın hiylə işlədib qaçmağa müvəffəq olması və Şirvanşah Şeyx İbrahimin layiqli hədiyyələrlə ora gəlib hörmətlə qarşılanması.
Əmir Temur yayda Göyçə gölü ətrafına yaylamamağa qalxır. Daha sonra isə həmin tərəflərdə Cəlairlərin yeganə müqavimət ocağı olan Alıncaq qalasının mühasirəsində şəxsən iştirak edir. Lakin heç bir müvəffəqiyyət qazana bilmir. O, qışı Rey yaxınlığında keçirməyi planlaşdırdığı vaxt xəbər gəlir ki, Toxtamış xanın qoşunları Buxara və Səmərqəndə yürüş edibdir. Buna görə də öz ordusu ilə təcili surətdə ora qayıtmağa məcbur olur.
Əmir Teymurun Orta Asiyaya dönməsindən sonra isə düz 6 il ərzində Azərbaycan və İraq-i Əcəm vilayətlərində anarxiya mövcud oldu. Belə ki bu müddət ərzində, Cəlair sultanı Bağdaddan kənara çıxmadı və sözgedən vilayətlərin idarəsini yerli əyanların öhdəsinə buraxdı…
ƏMİR TEYMURUN ŞƏKİYƏ 2-Cİ HÜCUMU VƏ ŞƏKİ HÖKMDARI SEYİD ƏLİ ORLATI[50] (+1393 – YANVAR, 1399) TƏQİB ETMƏSİ
6 ildən sonra yenə – 3-cü dəfə, İran istiqamətində yürüş edən Əmir Teymur, 1393-cü il yanvar ayının 27-də Sultaniyyədə məskən saldı. 3-cü İran yürüşü də Şəkidən yan keçmir. Belə ki, Əmir Teymur Gürcüstandan sonra 1394-cü ilin sentyabr ayında Şəkiyə hücum etdi. Bu barədə N. Şami yazır:
Tifliş şəhərinə və oradan hərəkətlə – yolda ovlanmaq surətiylə Şəki vilayətinə gəldi. Vilayət əhalisini itaət altına almaq üçün əsgərləri irəli sürərək yola çıxmalarına əmr buyurdu. Əmir Hacı Seyfəddin, Cahanşah bahadur və digər əmirlər, fərmana tabe olub yola çıxdılar. Vilayəti itaət altına aldılar, itaət etməyənləri yağma etdilər. Şeyx Nurəddin bahadur bir ordu ilə dağlar tərəfə getməyə qərarlaşdı. Seyyid Əli mal və mülkündən keçərək qaçmaq yolunu tutdu. Onun vilayətlərini xaraba və viran etdilər və əsgərlər bu vəzifəni yerinə yetirdikdən sonra Əmir Teymurun yanına getdilər.[51]
Eyni hadisələr Ş. Ə. Yəzdidə isə belə şərh olunur:
…[Tiflis[52]] şəhəri ki o ölkənin (– Gürcüstanın) taxtgahıdır [Əmir Teymur orduya ora] [düşmək buyurdu[53]] və buradan şikar etməyə geri dönüb Şəki düzlərinə girdi və neçə gün o məhləni iqamət çadırları qurulan yer etdi; və el və vilayət-e Bərtazın istilası üçün Əmir Hacı Seyfəddin və Cahanşah bahadırı müzəffər bayraqlı qoşunlardan bütün üməra və həddindən artıq güruhla basqına göndərdi və Onlar fərmanın hökmü üzrə təcili yola düşüb büsbütün dağ və çöl Bərtazı[54] qarət etdilər və o nahiyələrin el və ulusunu yola çıxarıb sürdülər və Aləm pənahın dərgahına gətirdilər; və [Əmir Teymur] Şeyx Nurəddin Sarıbuğanı həddindən artıq ləşgərlə dağlıq yerlər tərəfə göndərdi və O, elə ki dağlıq yerlərə girdi, Seyid Əli Şəki Orlat o hücumçunun xofundan mülk və malını atıb qaçmaq yolunu tutdu. Şeyx Nurəddin Onun evlərini necə ki düşmənin qəlbi kimi boş [və[55]] xarab etdi və tarac küləyinə verib atəş vurdu; [beyt:]
Və elə ki ondan mühüm asudəlik tapdı,
İqbal kimi ali taxtın ayağına tələsdi.[56]
Əmir Teymur 1394-cü ilin sonunda – qış fəsli başlayanda, ordusunu Şəki hökmdarının ərazisindən çıxarıb, Kür mənsəbi yaxınlığındakı Mahmudabad şəhəri ətrafına, qışlamağa apardı. Yaz gələndə – 1395-ci il fevralın 28-də, ordunu şimal istiqamətində hərəkətə gətirib Toxtamış xan üzərinə yürüşə başladı. Bir daha 1396-cı ilin yazında oradan geri dönən Əmir Teymur, Dərbənd, Şabran, Aqtam səhrası (–Muğanın şimalı), Ərdəbil və Sultaniyyədən keçməklə Həmədana gəldi, buradan isə iyulun 18-də Səmərqəndə yola düşdü.
ƏMİR TEYMURUN OĞLU ƏMİRANŞAH TƏRƏFİNDƏN ŞƏKİYƏ CƏZA DƏSTƏSİNİN GÖNDƏRİLMƏSİ VƏ ƏVƏZİNDƏ, ŞƏKİ HÖKMDARI SEYİD ƏLİ ORLATIN GÜRCÜLƏRLƏ BİRLİKDƏ ƏKS HÜCUMU – 1399-CU İLİN YANVAR AYINDA BAŞ VERMİŞ ALINCAQ QALASI ƏTRAFINDAKI TOQQUŞMA
Əmir Teymur öz imperiyasının paytaxtında da çox qərar tutmur və 1398-ci ilin avqustunda Hindistana yürüş edir… O, bundan əvvəl, İrandan qayıdarkən Azərbaycan vilayətinin və onun ətrafındakı ərazilərin idarəsini öz oğlu Əmiranşahın ixtiyarına buraxmışdı. Ş. Ə. Yəzdiyə görə Əmirzadə Əmiranşah Azərbaycan taxtgahını və Hülaku xan ulusunu elə məharətlə idarə edirmiş ki, ətarf və əknafın (–yaxınların) heç bir padşah zamanında [padşaha] itaət etməmiş sərdarları onun yanına gəliblərmiş.[57] Həmin müəllifin bu sözlərinə və müvafiq hadisələrin sonrakı gedişatı barədə yenə onun və həm də, N. Şaminin qələmə aldıqlarına əsasən güman edə bilərik ki, 1396-cı ilin payızına qədər yəqin ki, Şəki hökmdarı Seyid Əli Orlat da Əmirzadə Əmiranşahın yanına gedibmiş. Zəfərnamə’lərə görə, göstərilən ildə (payıza qədər) Əmirzadə Əmiranşah Xoy ətrafında ov edərkən atdan yıxılmış və beyni silkələnmişdir. Bu hadisədən sonra isə ağlı sürətlə azalma başlayır, nəticədə bir sıra qeyri-düzgün işlərə yol verir. O cümlədən, 1397, yaxud 1398-cü ilin payızında, atasının əsas ordusunun ondan çox-çox uzaqlarda olmasını nəzərə almayaraq Şəkiyə qoşun çəkmiş və bu ölkəni qarət etdirmişdi. Əvəzində, Şəki hökmdarı Seyid Əli Orlat 1399-cu ilin başlanğıcında gürcüləri də götürüb, Alıncaq qalasını mühasirədə saxlayan teymurilərin üstünə gedir…
Naxçıvan şəhəri yaxınlığındakı həmin istehkamda Cəlairlərin illər boyu topladıqları böüyk bir xəzinə saxlanılırdı və qala neçə il idi ki, Sultan Əhmədin oğlu Sultan Tahir və Cəlair əmirlərindən Əmir Altunun başçılığı ilə Əmir Teymurdan qoşunlarından müvəffəqiyyətlə müdafiə olunurdu. Teymuri əmirləri növbə ilə Alıncaq qalasının mühasirə etməkdə idilər və son nəhayətdə Əmir Teymur tərəfindən bu iş Hacı Seyfəddinin oğlu Sultan Səncərə və Əmirzadə Əmiranşahın məxsusi qoşunlarına tapşırılmışdı. O dövrlərdə Alıncaq qalasını görmüş İspaniya səfiri Klavixo (vəfatı:1412) onu belə təsvir edib:
O dağın başında yerləşib, divar və bürclərlə əhatə olunub, divarlardan içəridə isə çoxlu üzümlüklər, bağlar, becərilmiş sahələr, çoxlu su və otlaqlar; dağın lap başında isə qəsr durur. [58]
Məlum əks-hücum ərəfəsində, Alıncaq qalası daxilində nizam-intizam zəif idi. Qalanın müdafiəsinə məsul olan şəxslər bir-birləri ilə yola gedə bilmirdilər. İbn Ərəbşahın yazdığına görə, hətta iş o yerə gəlib çatmışdı ki, qalanı müvəqqəti tərk etmiş Əmir Altun geri döndükdə onu içəri buraxmamışdılar…[59]
Həmin illərdə Sultan Əhməd Cəlairin əlində yalnız Bağdad və İraq-i Ərəbin bir hissəsi qalmaqda idi. Lakin Gürcü çarı Georgi hələ də Cəlairlərin ali hakimiyyətini tanımaqda idi və Tiflisdə kəsdirdiyi sikkələr üzərində Sultan Əhmədin adını öz adından əvvəl vurdururdu.[60] Yəqin ki 1399-cu ilin başlanğıcında gürcülərlə Şəki hökmdarının Alıncaq qalasına birlikdə etdikləri hücumun sifarişçisi də Sultan Əhməd idi və bu işdə əsas məqsəd isə Əmir Teymurun gözlənilən növbəti İran yürüşünə qədər, xəzinənin oradan çıxarılması[61] imiş. Ş. Ə. Yəzdi yazır:
[Əmirzadə Əmiranşah] Həmən ilin (– 1397, yaxud 1398) payızında, Seyid Əli Orlatdan bir müxalifət şübhələndi ki, ona görə və təhqiq etdirmədən ləşgər çəkdi və Onun vilayətini qarət etdirdi; və elə ki [şahzadənin[62]] ovqatının xarab olması söz-söhbətləri Onun eyş və işrət və qələt-e iltifatında, məmləkətlərinin işlərinin idarə edilməsi və tərtibində çoxalma tapdı, xəbis təbiətli gürcülər[63] ki… onların fəsad və tüğyanı Həzrət sahib qiranın möhkəm qəhr [şüşəsində[64]] cilovlanmış idi, ürəkləndilər; və o müddətdə ki, o həzrət (– Ə.T.) Hindistan yürüşünə buyurmuş idi, cəsarət ayağını mütilik cızığından kənara qoyub, müxalifət başlatdılar; və bu vaxt Sultan Əhməd Cəlairin oğlu [Sultan Tahir[65]] ona itaət edən bir qism camaatla Alıncaq qalasıda idi və Sultan Səncər [bin] hacı Seyfəddin, qəza cərəyan fərmanın hökmü üzrə uzun sürən müddətdə, yenə də o qalanı mühasirə edir və qalanın ətrafı[nı] cəmi tərəflərdən «daşdan bir divar» [halına] gətirmiş idilər. Belə ki bir kəs qaladan bayıra gedə bilməmişdir və bir kəsə [də] bayırdan qalaya yol yoxdur; və istehkam əhli yaxşıca təngə gəlmiş idilər. Bu fürsətdə, qələbə əzmli gürcülər, dinsizləri topladılar və Seyid Əli Şəki, əgər ki islam şüarinda tanınmış idi, onunla əlaqədar ki, Onun vilayətini tarac etmiş idilər, belə ki deyilmiş oldu, [indi O,] gürcülərlə ittifaq etdi və Sultan Tahir ki, mühasirə işinin təzyiqi canına və biçaq sümüyünə [dirənmiş idi[66]], [Onu] xilas etmək əzmi ilə Alıncağa üz tutmuş oldular və Azərbaycan vilayətinə girib, dostluq edənlər (– Seyid Əli Orlat) və düşmənlər (– gürcülər) müsəlman vilayətlərini xarab etməyə əl atdılar; və elə ki Sultan Səncər bu haldan agah oldu, qaladan çəkildi və Təbrizə getdi və vaqiənin surətini Əmirzadə Miranşahın ərzinə yetirdi. Şahzadə öz oğlu Əmirzadə Əbubəkr ilə Sultan Səncər və Hacı Abdulla və Məhəmməd Qəzğun və Şeyx Məhəmməd tavaçi kimi əmirlərə və digər üməraya o fitnə odunu sön-dürmək fərmanı verdi və onların hamısı Alıncaq tərəfə rəvan [oldular[67]]; və elə ki gürcülər Alıncaq istehkamına yetişdilər, Sultan Tahir [Cəlair xəzinəsini də götürüb, yaxın adamlarından ibarət bir dəstə ilə[68]] aşağı düşdü və Onlarla birləşdi; və qalanı Hacı Saleh və Seydi Əhməd Oğulşani və üç nəfər gürcü aznauruna tapşırdılar; və gürcülər böyük üməraya və bahadırlara «aznaur» deyirlər və necə ki onların məqsədləri Sultan Tahiri xilas etmək idi, muradlarının hasil olmasından sonra geri döndülər; və o yaxınlarda da Təbriz ləşgəri Onlara çatdı və qoşunun tərəfləri cərgəyə düzülüb cəngə çıxdı; və necə ki gürcülər qələbə qayəli (–üstün) idilər, Onların aznaurları tərsliyə gəldilər və Təbriz ləşgərinin sağ cinah və sol cinahına hücum etdilər və Seyid Əli Şəki mərkəzdən irəli çıxıb intiqam üçün Əmirzadə Əbubəkrin üstünə getdi. Baxmayaraq ki, cavanbəxt şahzadə bir müjdə (–yeniyetmə) yaşında idi, səbat (–mətanət) ayağını dirəyib [, yəni qaçmayıb] igidlik kamanının bir cübbə (–60 ədədlik ox kisəsi?) oxunu atdı və altmışda zəfər açdı və [belə ki, oxlardan] biri Seyid Əlinin dəbilqsinin zireh ətəyi üzərinə[, yəni zərif hissəyə] getdi və bundan keçib boyun damarına [sancıldı[69]] və o «qorxmaz» həlak torpağı üzərinə yıxıldı: «vəlair və əş-şəl fi əl-müxbir misl əl-əsəd».[70] Amma elə ki gürcülər qalib olmuş idilər və Təbriz ləşgəri qovulub, şahzadə də geri qayıtdı və sağ-salamat bu təhlükəli yerdən kənara çıxdı; və gürcülər [də] öz məkanlarına qayıtdılar.[71]
Bu hadisədən düz bir il sonra, Əmir Teymur 1399/1400 (–h. 802)-cü illərin qışında Qarabağda olarkən, Alıncaq qalası ilə bağlı məlum hadisənin təhqiq olunması üçün məhkəmə qurdurdu. Bu barədə Ş. Ə. Yəzdinin yazdıqları, mühakimə prosesinin gedişat və nəticəsi ilə yanaşı, həm də Əlincaq döyüşünün bəzi təfərrüatına da aydınlıq gətirir:
Bu əsnada Əmirzadə Miranşahın ümərası barədə fərman-e əla sadir oldu ki, gürcülərin müharibəsində ki, Alıncaq ətrafında – hadisə bəyən edilmiş idi, hamısı təqsir etmiş idilər və fərar edib[lər]. Böyük Yirğu Divanında (–hərbi məhkəmədə) soruşdular; Əmirzadə Şahrux və əmirlər fərmanın hökmü üzrə [onları] əmrə tabe olmağa durğuzdular və elə ki sual-cavabdan və təftiş və təhqiqdən sonra halın surətini, necə ki vaqiə olmuş idi, humayun ərzin izzətinə çatdırdılar, Ələtabanın (–Ə. T.un) vacib hökmü çıxdı ki, Hacı Abdulla Abbas və Məhəmməd Qazan üçün dal və qabaq yasaq (– cəza) çubuğu vursunlar və Yəmən Həmzə-ye Əprəddin barədə ki –hamıdan əvvəl qaçmışdı, işarət oldu ki yasağına yetişsin [, yəni öldürülsün] və [yalnız] şahzadələrin xahişi ilə canına aman tapıb, Onun üçün də dal və qabaq çubuğu vurdular və onların hər birindən cərimə olaraq üç yüz at tələb etdilər və Əmirzadə Miranşahın bütün əyan və nökərləri üzrə halın hökmü ilə əllisindən [də] iki yüz-üç yüz at həvalə olunmuşun [üstünə[72]] gəlindi və bütün o atları pənahı zəfər qoşunların piyadalarına qismət etdirdilər; və Əmirzadə Əbubəkr barəsində padşahanə atifət ki, o cəngdə igidlik göstərmiş idi və Seyid Əli Şəkini oxun bir cübbəsi ilə həlak torpağına atıb – əzizlənən və nəvziş siniflərinə ixtisas çəkdi [, yəni əzizlənən və nəvaziş göstərilən şəxslərdən oldu]. Beyt:
Şahdır himayəçi, üzü bu zamandan layiq hörmətə,
qəhr və lütf bəxş etdi hər rəfiqinə. [73]
Əgər, «protokol»da qeyd edilən əyan və nökərlər ifadəsini «əmirlər», yaxud «qoşun başçıları» mənasında qəbul etsək, məlum Alıncaq hadisəsin-də Təbrizdən əks-hücuma keçən və son nəhayətdə Şəki–Gürcüstan qoşunları tərəfindən məğlub edilərək geri otuzdurulan Teymuri qüvvələrinin əsgəri sayı barədə bu nəticəyə gəlmək olar: Əgər N. Şamidə Alıncaq döyüşündən fərar etmiş 50-dək əmirin cəzalandırılmasından söhbət gedirsə və Əmir Teymurun “memuarları”na görə isə ən aşağı rütbəli əmirin əlinin altında azı 1000 nəfər durmalı idisə,[74] bu halda, həmin döyüşə Teymuri tərəfindən 50 mindən çox adamın çıxdığını güman edə bilərdik; amma Əmirzadə Əmiranşahın o qədər əsgərə malik olması ağlabatan[75] olsa da, 50 min nəfəri bütünlüklə Alıncağa göndərməsinə gələndə, bu iş heç də inandırıcı görünmür. Həm də diqqət yetirəndə ki, Əmir Teymur Xəmşa dərəsinə ilğar (– çevik hücum əməliyyatı) təşkil edərkən ordusundakı hər on nəfərdən yalnız 3-nü bu işə cəlb etmişdir, hansı ki bu barədə bir qədər sonrakı iqtibasda söhbət gedəcək, onda, ehtimal edə bilərik ki, o dövrlərin ənənələrinə görə ilğar üçün ordunun hər on nəfərlik dəstəsindən yalnız 3 süvari seçilməli idi və yəqin ki, Əlincağa tələsik əks-hücum edən Teymurilər də həmin qaydaya riayət etmiş, Əmirzadə Əmiranşahın 50 minlik ordusundakı hər minlikdən yalnız 300 süvarini, yəni cəmi 15 min nəfəri ora göndərmişlər. Əgər məlum məhkəmədə də hamıdan əvvəl qaçmaqda təqsirləndirilmiş üç əmirin hərəsindən cərimə olaraq 300, digərlərindən 200 – 300 arası miqdarında at tələb edilibsə, heç şübhə qalmır ki, əks-hücum zamanı hər qoşun yalnız 300 süvaridən ibarət imiş və onlar döyüşdən qaçdıqlarına görə hamısının atlarının əllərindən alınmasına qərar verilmişdir. Yeri gəlmişkən, məlum döyüşdə iştirak etmiş süvarilərin atlarının əllərindən alınması məsələsində, hələ bizdən 3 əsr əvvəl, gürcü tarixçisi P. Qorqicidze də bizim kimi nəticə çıxararıb:
…[Əmir Teymur Əlincaq hadisəsinə görə Miranşahın] üç yüz cəsur döyüşçüsünü atdan düşürdü, onarın atlarını payladı orduya, özlərini isə məcbur etdi qabaqda piyada getməyə.[76]
O ki qaldı yalnız Hacı Abdulla Abbas, Məhəmməd Qazan və Yəmən Həmzə-ye Əprəddindən konkret olaraq 300, digər əmirlərdən isə təxmini 200-dən 300-ə qədər at tələb olunmasına, fikrimizcə, məhz, hamıdan əvvəl qaçmaqda ittiham olunmuş adları çəkilən əmirlər, yəqin ki, döyüşə heç girməmiş, bu halda isə qoşunları da təlafata məruz qalmamış, bu səbəbdən də onlardan müsadirə edilmiş atların sayı ilə hər qoşun üçün təxmin etdiyimiz süvari sayı tam üst-üstə düşmüşdür. Fikrimizcə, digər 50-dək əmirin qoşunu döyüşdə iştirak etdiyinə və bu səbəbdən də hər biri 0–100 arası sayda süvari itirdiyinə görə isə onlardan konkret olaraq 300 yox, sadəcə, yalnız sağ qalmış döyüşçülərinin atlarını – iki yüz-üç yüz at vermək tələb olunmuşdur.
Beləliklə, biz şəxsən belə nəticə çıxartdıq ki, məlum hadisədə Əmirzadə Əmiranşahın göndərdiyi, hər biri 300 süvaridən ibarət olan 50-dək qoşundan (– təxm. 15 min nəfərlik ordudan) üçü, toqquşma başlayan kimi meydanı tərk etmiş, vuruşmağa davam edən digərləri isə hər biri 0–100 arası sayda süvari itirdikdən sonra geri çəkilmişdir!
Təəssüf ki, bu mənbələrdə Şəki – Gürcüstan tərəfinin əsgəri sayı barədə bir şey deyilmir, yaxud heç nəyə işarə edilmir. Amma Əmir Teymurun “memuar”larına diqqət yetirdikdə, həmin tərəfin 12 mindən 40 minə qədər döyüşçü ilə vuruşduğunu ehtimal etmək mümkündür. Belə ki Əmir Teymur orada qaydalar qoymuşdur ki,
əmr elədim ki əgər düşmən əsgərlərinin sayı on iki min süvaridən əskik olarsa, bu vuruşda qoşuna əmirül-üməra başçılıq eləsin!;[77] və əmr elədim ki, əgər, düşmən qoşununun sayı on iki mindən artıq, qırx mindən əskik olarsa bəxtiyar oğullarımdan biri qoşunuma sərdar olsun![78]
Bu qaydalara əsasən, onlara riayət edildiyi təqdirdə, Şəki – Gürcüstan tərəfində 12 mindən 40 min nəfərə qədər döyüşçü olmalı idi. Belə ki əgər həmin tərəfdə 12 mindən az adam olsaydı, onda, teymurilərin əks-hücumuna Əmir Teymurun nəvəsi Əmirzadə Əbubəkr deyil, hansısa əmirül-üməra başçılıq etməli idi.
İndi isə Alıncaq qalası yaxınlığında baş vermiş məlum döyüş barədə N. Şaminin yazdıqlarını nəzərdən keçirək:
…[Əmirzadə Əmiranşahın] necə ki daha əvvəl ağlının dönməsi qanına[, yəni xasiyyətinə] keçmiş idi, Ondan haqsız yerə bir adamın üstünə düşmək kimi adətinə uyğun olmayan bir hərəkət sadir oldu. Dost və düşmən birlikdə Ondan uzaqlaşmış oldular. Daha bu dərəcəyədək ki, Seyid Əli Şəki, baxmayaraq ki daha əvvəl tabe olur və itaət edirdi, müxalifət göstərdi və [Georginin[79]] gürcü ləşgəri ilə Sultan Tahir bin Sultan Əhməd ki Alıncaq qalasında mühasirədə idi, [köməyə] getdi. Üməra ki o yerin mühasirəsi ilə məşğul idilər, birlikdə fərar etdilər –Əmirzadə Əmiranşah bahadırın yanına getdilər və həmin saat Əmirzadə Əmiranşah [öz oğlu] Əmirzadə Əbubəkrə, hazır ləşgərlərlə əks-hücum buyurub, Seyid Əli [Şəki[80]]nin dəfinə göndərdi; və Onlar Alıncaq qalasının ətrafında idilər, ora çatdılar. Seyid Əli də yolun bir döngəsində həmlə yetirdi və diqqət verməyərək,[Əmirzadə Əbubəkrin əvəzinə(?)] digər birinin üzərinə şığıdı və bərk cəng oldu və o mərəkədə Əmirzadə Əbubəkr bahadır bir ox atar ki, [bu ox] Seyid Əlinin dəbilqəsinin zireh ətəyi üzərinə getdi [və] zirehdən keçərək şah damarına sancıldı; və Seyid Əli necə ki dağın bir zirvəsindən, həmən bir yaraya minik heyvanının (–atının ?) belindən yıxıldı və [beləcə də] həlak oldu; və Sultan Tahir, Əmirzadə Əbubəkrin yetişməsindən qabaq qaladan çölə çıxmış idi və Seyid Əhməd namlı əlaltısını, Sərkiz namlı [erməni[81]] ilə Alıncaq qalasına müqərrər (– rəsmən təyin olunan) edib, elə ki Seyid Əlini o vaqiə yıxdı, [Cəlair xəzinəsini və qohumlarını götürüb[82]] gürcülərlə birlikdə Grcüstan tərəfə fərar etdi və ondan sonra Bağdada – atasının yanına getdi; və Əmirzadə Əbubəkr [Alıncaq qalasını mühasirə etmiş əmirləri] sabiq qayda üzrə yenə Alıncaq qalasının mühasirəsinə müqərrər buyurub və Seyid Əli Şəkinin başını bədənindən ayırtdırıb atasının [– Əmiranşahın] yanına gətirdi[83] və bu səbəbə bir nökəri Səmərqəndə (– əslində, Hindistana) göndərdilər.[84]
Əmir Teymuru Hindistan yürüşü boyu müşayiət etmiş Qiyasəddin Əlinin verdiyi məlumata[85] görə onlar geri dönərkən – 1399-cu ilin mart ayının 3-də, Cənavə çayı yaxınlığında Miranşahın yolladığı nökərlər-lə qarşılaşıblar. Bu adamlar, təlimatlarına uyğun olaraq, hansı ki məzmunu artıq yuxarıdakı iqtibasdan bəllidir, öz tərəflərində baş vermiş son hadisələr, o cümlədən Alıncaq qalasındakı vəziyyət barədə Əmir Teymura məlumat veriblər.[86] Onların Təbrizdən Hindistandankı Cənavə çayı yaxınlığına qədər təxm. 3 min km.lik yolu neçə günə qət etdiklərini bilsəydik, həm də Alıncaq qalası ətrafında baş vermiş məlum hadisənin, o cümlədən Şəki hökmdarı Seyid Əli Orlatın həlak olduğu vaxtı da dəqiqləşdirmiş olardıq. Lakin təəssüf ki, bu işdə məsələnin həllinə bir yox, iki nöqteyi-nəzərdən yanaşılması zərurəti meydana çıxır. Belə ki, əgər Əmir Teymurun imperiyasında xüsusi yol xidməti olsaydı, Əmirzadə Əmiranşahın yolladığı nökərlər’in mənzil başına çatmaları üçün bir ay kifayət edərdisə, adi halda bunun üçün iki dəfə çox müddət tələb olunmaqdadı. Amma hər halda, Əlincaq hadisəsinin vaxtı ilə Seyid Əli Orlatın hakimiyyətinin başa çatması, yəni onun həlak olma tarixini şərti olaraq 1399-cu ilin yanvar ayı hesab etmək mümkündür. Yeri gəlmişkən, xatırladaq ki biz bu nəticəni yuxarılarda artıq tətbiq etmişik.
Əmir Teymur öz «memuar»larında sözgedən hadisədən hələ Hindistanda ikən xəbərdar edilməsi və bu səbəbdən də yürüşdən təcili olaraq geri dönməsi barədə barədə belə yazır:
Məsələn, Hindistanı zəbt elədiyim vaxtlarda, Rum qeysərinin mənim məmləkətlərimə basqın elədiyi, gürcülərin isə öz yurdlarından çıxaraq mənim qoşunumun mühasirədə saxladığı bəzi qalalara gedib, həmin qalaların içərisindəki adamlara yardım elədikləri haqqında mənə xəbər gətirdilər. Öz-özümlə genəşdim (–məsləhətləşdim): Əgər Hindistanda bir az da qalsam İran məmləkətlərinə zərər yetişəcəyi mümkün idi. Buna görə də Hindistanın paytaxtındakı işlərimi tezliklə nizama salıb, yürüş elədim. Yolda bir neçə gün Mavəraünnəhrdə dayandım. Oradan Ruma və Gürcüstana doğru yola düşdüm.[87]
Eyni mənbənin başqa bir yerində isə belə deyir:
Hindistan yürüşündən zəfərlə qayıdandan sonra hələ səfərin yorğunluğu canımdan çıxmamış hər iki İraqın hakimlərindən mənə şikayət ərizəsi gəldi. Onların yazdığına görə Gürcüstan kafirləri həddini aşıb, cızıqlarından çıxıblarmış… Gürcüstan imansızlarının üsyan qaldırdıqları haqqında xəbər gəlib mənə çatan kimi məşvərət çağırdım…[88]
ŞƏKİNİN YENİ HÖKMDARI SEYDİ ƏHMƏDİN[89] (YANVAR, 1399 – 1423/24+) ŞİRVANŞAH ŞEYX İBRAHİMLƏ ƏMİR TEYMURUN QARABAĞDAKI DÜŞƏRGƏSİNƏ GƏLMƏSİ VƏ AĞ SU DƏRƏSİNƏ BİRLİKDƏ HÜCUM
Əmir Teymur 1399-cu ilin sentyabr ayının 22-də Səmərqənddən İran istiqamətində 4-cü yürüşə başladı. Ş. Ə. Yəzdi yazır:
…nüsrət şüar bayraqlar Qaradərə və Ərdəbil yolundan Qarabağ tərəfə üz tutdu və [Əmir Teymur ordunu] Muğan və Aqtam səhralaında şikar etdirib Araz çayı kənarına düşürdü və bu çay üzərində qayıqlardan körpü bağladıb [onu] səadət və salamatlıqla [çaydan] keçirdi və Arran Qarabağını cəlal çadırları qurulan yer, bayraq və qüdrət anlatması və qarşılama mərkəzi etdirdi; və əla bir ordu Qotur kənd ərazisində ki Ömər Taban [90] yurdu idi, [orada] qışlaq etdirdi və Əmirzadə Əbubəkr və Əmir [Süleymanşah[91]] bu yerdə astana öpmək şərəfinə çatdılar; və Əmirzadə Miranşahın ümərası və qoşununun əyanlarından hər biri öz hallarına münasib peşkəşlər düzdülər.[92]
Ş. Ə. Yəzdi daha sonra Əmir Teymurun düşərgəsinə Şirvanşah Şeyx İbrahimlə Şəkinin yeni hökmdarı Seydi Əhmədin gəlməsindən bəhs edir. Bu barədə N. Şaminin Zəfərnamə’sində də məlumat var və daha əvvəl qələmə alındığına görə, gəlin, əvvəlcə oradakıları nəzərdən keçirək:
…Əmir Şeyx İbrahim ki, Həzrət sahib qirani süfrəsində o şirvanşah əhd [etmiş] idi Seyid Əhməd bin Seyid Əli Şəkini Həzrətə (– Ə.T.a) gətirib Onun günahını bağışlatsın və Həzrət sahib qirani Onun günahını bağışlayıb [və Seydi Əhməd] dövlət astanasını öpməyə çatdı və çoxlu soyurğallar (–irsi torpaq mülkü) və saysız hesabsız inayətlər qazanıb digər [əzizlənən] üməra zümrəsinə qatıldı; və Əmir Şeyx İbrahim toy tərtib edib o qədər at və qoyun kəsmiş idi ki, mətbəxtçilər onu bişirməkdə aciz oldular. O peşkəşlərdən sonra, canlı şikar növləri və qulamlar və cariyələr (– yeniyetmə qız kənizlər) və qumaşlar və silahlardan qeyri və o cümlədən, altı min at çəkdi.[93] Əvvəlinci kərələr Gürcüstan tərəfə Həzrət sahibqiraninin buyrulan basqın söhbəti kimi, gürcülərinki də daha əvvəl söylənilmiş oldu ki Alıncaq qalasına getdilər və Sultan Tahir Sultan Əhməd oğlunu bu yerdən kənara apardılar və Seyid Əli Şəki, Əmirzadə Əbubəkrin əli ilə qətlə yetirildi və gürcülər öz kutvallarını (– komendatlarını) Alıncağa qoydular. Ona görə, səltənətin və cahangirliyin namusu baxımından lazım göründü ki, o yoldan çıxmışlardan intiqam üçün bütün Gürcüstan üzrə acınacaqlı vəziyyət yaratsınlar. O cümlədən, Həzrət Sahibqiranın hökmü qüvvəyə mindi ki, bütün ləşgərlərdən hər on nəfər süvari və piyadadan üç nəfər bu basqına rəvanə (– gedən) olsunlar və on günlük azuqə götürsunlər və qalan əsgərlər də qışlaq yurdunda məqam …[94] [gözləsinlər.][95]
Eyni mövzu Ş. Ə. Yəzdi tərəfindən isə belə qələmə alınıb:
…necə ki bundan əvvəl Şəki vilayətinin valisi Seydi Əli Orlat, Gürcü ləşgəri ilə ittifaq etmiş idi və Alıncaq qalasının içinə girib və can üstündə[, yəni ölüm ayağında] o nadanlığı edib, belə ki şərh verilmiş oldu, bu vaxtda, Onun oğlu Seydi Əhməd ki [indi] Onun (– Seyid Əlinin) el və vilayətinin əyalət (– bir vahid, yaxud bir hissə) sahibi olmuş idi, atasının cürəti ilə əlaqədar Sahib qiran gərdun aləm xadimlərinin (– Ə. T. un) intiqamına görə təşvişə düşən və rahatlıq tapmayan oldu və Əmir Şeyx İbrahimin Şirvan mülkünə iltica apardı ki, O, [bu hərəkəti ilə də] o həzrətin (– Ə. T. un) bəndələrinin bəndəliyin-də səmimiyyətin artmasına ixtisas səmti tapmış idi. Beyt:
Hər kim bəndəliyin səmimiyyət qandalında,
baş vurdu yüksəyə başıaşağılıqdan.
Şeyx İbrahim padşahanə əhvin ortaya çıxması üçün Onu qədim xilafət taxtının ayağına gətirdi və astana öpmək izzətinə çatdırdı. Seydi Əhməd tabe olmaq zəmininin (– məfhumunun) ədəb dodağı ilə busə verdi və Şeyx İbrahim Onun cərimələrinin əfvini[, yəni ləğv edilməsini] padşahanə mərhəmətlər hamisindən (–Ə. T.-dan) xahiş etdi və Həzrət Sahibqiranın mərhəməti Onun təqsirat «naxış»larını əhv və gözyumma «yazısı» ilə ləğv edib, [Onu] əzizlənmək və nəvaziş siniflərində başıuca etdi və atasının mənsəb və məqamı Ona əta edildi. Şeyx İbrahim çoxlu savəri (– məcburi «bəxşiş») gətirib toy tərtibi ilə məşğul oldu; və toy üçün o qədər at və qoyun kəsmiş idi ki, mətbəxçilər onu bişirməkdə aciz qaldılar və tavaçilər (–orduda yüksək rütbəli əmirlər) onu ləşgərə qismət etdirib (–paylatdırıb) hamısını bişirditdilər və toy günü [hamının həmin bişmiş ətlə təmin olunması işini] bakavullara (– orduda təchizat işi ilə məşğul olan məmurlara) tapşırdılar; və digər bayram vasitələrinin məcmusu onun [, yəni bu tədbirin] özünə daxil idi; və bu peşkəşlərdən sonra canlı ov heyvanları növləri və qulamlar və cariyələr və növbənöv qumaşlar və paltarlar və sənətkar cəbaları (– vergiləri) və silahlar və qeyrilərdən və o cümlədən, altı min at çəkdi…[96]
Həmən qışda – səkkiz yüz ikinci ildə (– noyabr 1399 –fevral 1400) ki, Qarabağ bu ordugahdan nüsrət yuvası idi [Əmir Teymur] gürcülər üzərinə getmək niyyətini gerçəkləşdirmək istədi və [planlaşdırdığı basqında iştirak etmələri və bu basqına hazırlaşmaları üçün] Şeyx İbrahim və Seydi Əhmədə xələt verdi və əzizlənmək və nəvaziş siniflərinə məxsus edərək [geri qayıtmaq[97]] rüxsəti əta etdi və Cahan mütanın (– Ə. T.un) yarlığı (– fərmanı) qüvvəyə mindi ki, o ləşgərin cəmisindən [hər[98]] on nəfərdən üç nəfər on günlük azuqə götürüb Göytüstan (– qüdrətli) məvkibin qulluğunda olsunlar və qalan ləşgər və s.lər həmin yerdə dursunlar; və nüsrət şüar bayrağı bu zaman hifz edib, basqına hazırlıq işi gördürüb bütün şahzadələrlə Onların vilayətinə üz tutdu; və elə ki hümayun nüzul edib Kür çayının sahilində düşərgə qurdular, Ələtabanın lazimi fərmanı çıxdı ki, bütün qayıqları toplayıb çay üzərində körpü bağlasınlar; və «şah və ordu» o körpüdən keçdilər; və Şeyx İbrahim Şirvan ləşgəri ilə Əsrin zəfər mövkibinə qatıldı və Seydi Əhməd də qulluqda oldu; və [hümayun[99]] məvkib o yerdən tərpənib, [Şəkinin ortasından[100]] keçib Xəmşa dərəsi tərəf ki kafirlərin[101] məkanları və sakin olduqları yer idi [ora] rəvan oldu; və o dərənin hamısı cəngəlistan (– sıx meşəlik)…idi
...Aləm müta’ yarlıq qüvvəyə mindi və peşəsi zəfər ləşkərlər on günlik yol[dakı] ağacları dəhrə və balta ilə qırdılar və yol düzəltdilər elə ölçüdə ki beş-altı qoşun biri digərinin yanında gedə bilsin və bu əyyam, iyirmi gün müddətində ara vermədən qar yağır və yüksəkliklərdən yetiıib, müşk kimi [müddət-e[102]]bulud dağ və biyaban üzərində [ağ-appaq] xırda “kafur” hazırlanır və elə ki İslam ləşgəri kafirlərin məhlə və məqamına bədbəxlik aqibəti seyr etdi, firuzə kimi günbəzin altında qaziyanə fikir və təhlilin zümzüməsini saldılar və cihad qılıncı intiqam qınından çıxarılılıb, qarın üzünü ki yer üstünə əsl pərdə tutmuş idi, dinsizlərin qanından, üzü qeyrətli lalə və ərğəvan (– qırmızı bir gül adı) etdilər; hər kim tapılmış oldu, aman tapmadı və hər kim aşkara çıxdı, aşkarda qalmadı və Xəmşa ki o ölmüş məlunların başçısı və [onlardan] faydalanan... (Quran ayəsi) O, idi, acizlik və qorxudan tərk-e xanuman olub fərar... etdirdi; dünya şanlı əsgərlər Onun tələbində Aq su dərəsinədək yüyürdülər və kifayət qədər inək-qoyun və cins mallardan qeyrilərini qənimət götürərlər və elə ki Xəmşa şir şikar edən mücahidlərin qarşısından çaqqal kimi meşənin içinə qaçdı Din pənahın qoşunuı cəhənnəmliklərin evlərini odladı və kəndləri talan və qarətin sər-sər [küləy]i ilə viran qoydular; beyt:
Sakinlər cəhənnəm içində və məskən atəşdə yanıb,
millətin çöhrəsi qazilərin fəthindən odlanıb.
Və necə ki o yoldan azmışların eyşi badəsiz ötüşmürdü və Onların kişi və qadın və uşaqlarıı [da] buna vərdiş etmiş idilər; bu qayə ilə ki, hər kim ölür; beyt:
Vəsiyyətidir ki: mənim ruhum bədənimdən çıxanda,
mey və şənlik olsun və bir də, yaxşı tənəkdən düzəldilmiş tabut!
şərabsız dəfn etdirmirdilər və kafirləri zərərə salmaq və Onların eyşini azaltmaq üçün ki, iqtibas:.. (Quran ayəsi)... ali əmr oldu ta bağat və bostanlaradək Zəfər qərin ləşgərə paylansın və bütün uca dağların hamısına çıxıb şeytan əməli [olan] tənəkləri ki məstedici badə ümidi ilə bəslənmiş idilər əllə məhv etdilər və digər ağacların bəzisıni kəsdilər və bəzisinin qabığını soydular və o yerlərin …və… kilsələr ki ibadət o məhsullarsız qeyri-məqbul, yerlə bərabər etdilər və gündən-günə artan qüdrətin qəribə təsadüfləri: Həzrət sahib qiran, sabiq qış ilində ki Bars ili idi, [həmin vaxt] Hindistan ölkəsi və Dehli və Qanq çayı yerləri və ətrafında qəza edir və bütxanələri dağıdır[dısa] və bu qışda Dovşan ili ki, bir il müddət [hələ] tamam olamayıb, Cürcüstan vilayətində cihadla məşğul idi və kəlisələri dağıdır və..; beyt:…
Sənin Büraq əzmin ki bir kam götürmüşdür Hinddən, ….
Doğrusu ki, əgər İsgəndər oldun, qüdrət atını bu uzunluq və endə min yerə…[çapdın] və əgər daban-dabana ta [günbatan yerin] altınadək …[çıxmaq üçün] mücərrəd əhdin məsafəsinin qətindən kənara çıxmadın; beyt:
Biri üçün yardım zamanı köməkçidir,
onun hekayəti digər halətdir.
Kafirlər Nüsrət bayraqların, Xəmşa dərəsi qəzavatının (oxu: toqquşmasının!) başa çatmasından geri dönən kimi mübarizlər cihad meydanında bir aya yaxın o ölkənən eniş və yoxuşlarını minik heyvanlarının dırnaqlarının ağalıq və istilasına tapşıralar və kafirlərin aznaurlarından və dinsizlərin …[döyüşçülərindən] dən ələ keçənləri od saçan iti qılıncla birdəfəlik, cəhənnəmin dibinə göndərdilər və Onların hakimləri Xəmşa, avara və səsi çıxmayan oldu və kafirlərin diyarı həddindən artıq viranlıq tapdı və o zamanda havanın soyuqluğunun şiddəti həddini keçmiş idi və yollar qarın çoxluğundan keçilməz olmuşdu; nəzm:…
Və elə ki neçə gün müddət keçib və bu vasitə ilə ləşgərlər üçün azuqə tapa bilmədilər və atlar üçün ağac qabıqlarından qeyri yemək qalmadı, beləcə, dördayaqlılardan çoxu tələf oldu, Həzrət sahib qiran qayıtmağa qərar verdi və Kür çayından keçib… [103] [Qarabağdakı düşərgəsinə üz tutdu].
İqtibasdan göründüyü kimi, bu ilğarda Əmir Teymur müvəffəqiyyət qazanmayaraq geri dönməyə məcbur olub. Düzdür, Ş. Ə. Yəzdi həmin faktı birbaşa açıqlamır, amma hər halda, teymuriləri xeyli mədh edəndən sonra, lap axırda da olsa, üstüörtülü etiraf edir.
Hadisələrin harada cərəyan etdiyini dəqəqləşdirmək üçün, burada göstərilən Ağ su dərəsi’nin kordinatlarını bilmək, yaxud o vaxtlar elə adlanan çayın indi hansı adla tanındığını tapmaq lazımdır. Oradakı Ağ su ifadəsi isə “Ağ su” adlı hansısa çayın mənbəyi’ndən qeyri, başqa bir mənada başa düşülmür. Əlimizdə müəyyən dəlillər var ki, indiki Kiş çayı nə vaxtsa Ağ su adlanıb.[104] Ystəlik, diqqət yetirəndə ki, Kiş dərəsində, daha doğrusu, həmin dərədəki Kiş kəndində birinci həvari, yəni apastol kilsəsi də var, bu halda ora Ş. Ə. Yəzdinin səciyyələndirdiyi kimi kafirlərin məkanları və sakin olduqları yer’ə, yəni Xəmşa, yaxud Ağ su dərəsinə daha çox uyğun gəlməkdədir.
O ki qaldı Əmir Xəmşa’ya, Alıncaq hadisələri ilə bağlı tarixi məlumatlarda adı çəkilməsə də orada iştirak etməsi bizim üçün şübhə doğurmayan bu şəxs, fikrimizcə, Kiş çayının yuxarı hövzəsində mövcud olmuş bir «udel knyazlığ»ın knyazı idi.
Yeri gəlmişkən, P. Qorqicidze Əmir Xəmşanın adını Xamşia kimi oxumuş və məlum hadisəni belə yozmuşdur:
[Əmir Teymur Şəkiyə yola düşəndə] Xamşia, Kaxet və Şəki ordusu ilə onun qarşısına çıxdı. Gürcülərlə türklər arasında şiddətli döyüş oldu. Hər iki tərəf əzmlə vuruşdu, onlardan və bunlardan xeylisi öldürüldü. Teymur böyük qələbə qazana bilərdi, amma Ximşia döyüş təcrübəsinə malik idi. Başa düşdü ki, türklər qalib gələ bilərlər, necə ki o yerə yaxşı bələd idi, girdi meşənin içinə. Türklər iki-üç yerdə dayandılar… və yol düzəltdilər… [105]
Ehtimal etmək olar ki, sabiq Şəki hökmdarı Seyid Əli Orlatdan asılı olmuş Əmir Xəmşa, onun ölümündən sonra oğlu Seydi Əhmədin hakimiyyətini tanımaq istəməmişdir. Necə ki, Ş. Ə. Yəzdi yazır ki Seyid Əhməd atasının el və vilayətinin əyalət sahibi olmuş idi, yəni onun hakimiyyəti Şəki ölkəsinin bütün ərazisini deyil, yalnız bir hissəsini əhatə etmişdir. Amma bilmək olmur ki, o, teymurilərə meyl etdiyinə görə Əmir Xəmşa ona qarşı çıxmışdır, ya atasının ölümündən sonra Şəki knyazları, o cümlədən Əmir Xəmşa tərəfindən dəstəkləməməsinə və bu səbəbdən də Şəki ölkəsində hakimiyyətini bərqərar edə bilməməsinə görə kömək üçün teymurilərə meyl etməyə məcbur olmuşdur?
ƏMİR TEYMURUN, ŞƏKİ ÖLKƏSİNDƏKİ MAĞARALIQ İLƏ GƏL – GÖR –GET QALASINI ƏLƏ KEÇİRMƏSİ VƏ ŞİRVANŞAH ŞEYX İBRAHİMİN ARADÜZƏLDƏNLİK ETMƏSİ
Əmir Teymur Qarabağa qayıdan kimi, son ilğardakı uğursuzluğun heyfini, 1 il əvvəl baş vermiş məlum Alıncaq hadisəsində Şəki – Gürcü qoşunlarının qabağından qaçmış əmirlərdən çıxmaq fikrinə düşüb məhkəmə qurdurdu, hansı ki o barədə yuxarıda bəhs edildi və bu mövzuya bir daha müraciət etməyə, artıq, ehtiyac yoxdur. O, bütün qışı Qarabağda keçirib, 1400-cü ilin yazında Gürcüstana yürüş etdi. Əsas bəhanəsi isə, guya, Sultan Əhməd oğlu Tahirin orada sığınacaq tapması imiş. Ümumiyyətlə, Əmir Teymur 1404-cü ilin yazında Səmərqəndə qayıdana qədər, bir neçə dəfə Gürcüstanı çapıb-taladı. Onun Gürcüstana ən axırıncı, 1403-cü ilin ikinci yarısına təsadüf edən hücumu zamanı isə Səkinin xristianlar yaşayan şimal hissəsi də qırğın, talan və qarətə məruz qaldı. Əmir Teymurun Gürcüstana son hücumu Zəfərnamə’lərdə geniş şərh olunub. Amma Şəki ilə bağlı təfərrüata, bir müəmmalı hal istisna olmaqla, biz yalniz ibn Əcaibül-məqdur‘ da təsadüf edirik. Maraqlıdır ki Əmir Teymurun sonuncu Gürcüstan yürüşü barədə bu tarixçinin qələmə aldıqları, əslində Gürcüstana yox, Səkiyə aiddir və daha çox, bir adamın dilindən deyilən təəssürata, yaxud xatirəyə bənzəməkdədir. Diqqət yetisək ki, Əcaibül-məqdur‘ müəllifi ibn Ərəbşah 1401-ci uldə ailəsi ilə birlikdə teymurilər tərəfindən əsir götürülmisdür, bu halda, onun, Əmir Teymurun 1404-cü ildə Səmərqəndə qayitmasına qədər Cağatay ordusunda saxlanılmasını, 1403-cü ildə həmin ordu ilə birlikdə Şəki ölkəsində olmasını və orada baş verən bəzi hadisələri, hansılar ki sonralar Əcaibül-məqdur‘ da qələmə almışdır, onları o vaxt, 14 yaşında ikən, şəxsən müşahidə etməsini də güman etmək mümkündür:
Teymurun Gürcüstan və xaçpərəst ölkəsi yanına yetişməsi
Teymur elə Gürcüstan diyarına gəlib yetişənədək[106], dərya kimi dalğalanan ordu ilə hərəkət edirdi. O kiçik bir ölkədir və adamları Məsihə sitayiş edənlərdir. Amma bu kiçikliklə, saysız-hesabsız qalalar və möhkəm bürclər və mağaralar və pusqugahlar və dağlar və dərələr və uçurumlar səbəbinə xarici ziyandan qorxusuzdurlar və o məkanlardan hər biri dikbaşlıq və təkəbbürlülükdə israrlı qaldı ki, işğalçı və təcavüzkarların fərmanı qəbul etmədi. Oranın şəhərlərindən Tiflis və Trabuzan və Abxazdır ki, oranın paytaxt[lar]ı idi, bu məkanlar təslimdən yaxalarını kənara çəkdilər və zamanın ixtiyarını Bunun (–Teymurun) əlinə tapşırmadılar, Teymur mühasirəyə durar və məşvərətə oturar, o məkanlardan biri, bir mağaralıq (–Marxal?, Sığnaq?) idi ki, onun darvazası lap hündür bir uçurumun ortasında, indiki zamanın hadisələrindən kifayət qədər qorxusuz, gələcək zamanınkılardan kənarda yer tutar və aşağıdan yuxarıya [ən uzaqatan] məncanaqın «əli» [hara] çatsa ondan daha hündürdə, yuxarıdan aşağıya doğru [ən uzun] nərdivanın ayağı [hara]batsa, bundan daha aşağıda, daxil olma yolu: örtülü və pünhan qədr gecəsi kimi, ona yetişmək: işıqlı və aşkar bədirlənmiş ay kimi [əlçatmaz], artıq bir tamah Teymuru, onun mühasirəsinə sövq etdi və çalışdı və yan-yörəsini xeyli gəzdi, öz mühəndis zəkasını işə saldı və qarma-qarışıq düşüncə və ağlın vəlvələsi ilə kefinə aram verər, birdən, fikrinə bu gəldi ki əzab atəşini ora yuxarıdan endirsin və o yuvası uca «Hümayı» (– “Cənnət quşunu”) havada şikar etsin. Tez buyurar ki, dəbanə surətli (– zirehli) sandıqlar düzəltsinlər və [bunları] uzun zəncirlərlə və qüvvətli adamlarla dağın yüksəklik və zirvələrindən sallasınlar və göyün bəlası kimi aşağı endirsinlər.
Onda elə etdilər və yerlə göy arasındakı fəza o sandıqlarla doldu və o dağın və [o dağın] sakinlərinin canlarına titrəmə düşdü və Onlar yüksəkliklərdə süzən bir şahin kimi “uçuşanda”, halın dili ilə [Quran ayəsinin bu hissəsi[107]] xatırlanmaqdadır:
… أَلَمْ يَرَوْا إِلَى الطَّيْرِ مُسَخَّرَاتٍ فِي جَوِّ السَّمَاءِ مَا يُمْسِكُهُنَّ إِلَّا اللَّه (– Məgər görmədilər səmanın yüksəkliklərində süzən quşları ki, oranı onlara məskən edən, onları orada idarə edən Allahdan başqa bir kimsə deyil..;[108] və elə ki mağaranın ağzı ilə bərabər [səviyyədə] oldular, onu (– mağaranı) vuralar və tökülüşələr və sandıqların içərisindən ciyər yandıran ox və ürək deşən nizə ilə əllərini çıxıralar və ip və kəmənd və digər vasitələr və silahları işə salalar və o arada fitnə və qarışıqlıq yaradalar və elə ov şahini kimi kimi “uçmaq”da idilər və o yurd-yuvaya yaxınlaşırlar və “pəncə” və “dimdik” göstərirlər və o mağara Onların yetişməsinə öz möhkəmliyi ilə maneçilik törədir və cəngavərlərinin köməyi ilə ki, onun içində mövqe tutmuş idilər Onların aşağı gəlmələrinin qarşısını alır. Onadək ki o əldən iti “uçan” adamlardan biri uğur və qələbə ahəngi ilə mağaranın ağzı yanına çəngəl batırdı və öz sandığı ilə o yuvaya əl atdı, səadətin ağuşu açılmış oldu və münasibin (– bu şəxsin) əlini qucaqladı, xristian qövmü bir-birinə qarışmış oldu və qabaqlarındakını tanımadılar; bu tək-tənha Onlara hücum etdi, ta böyüklərindən bir çoxu öldürülmüş oldu, onda, digər öz yoldaşlarını içəriyə səslədi və Onların köməyi ilə, o kəslər ki mağaranın bir küncündə gizlənmiş idi bayıra qovdu.
O adamın adı Lhrasb idi; [və bunun isminin] malik olduğu altı hərf ki, onun üç hərfi sakindir (– hərəkəsizdir, yəni bu samitlərin aralarında sait yoxdur) və [yeri gəlmişkən, qeyd edək ki ] fars dilində və türk dilində sakin həriflərin [beləcə] vəhdəti boldur.
Bu qalalardan digər biri Gəl-Gör-Get’in göydələn qalasıdır ki
öz adı kimi dikbaşlıq və təkəbbürdən söz açar və onun (– adının) mənası türkcə belədir: «gələrsən, görərsən və geri dönərsən», yəni bir kimsə ona baxmaqdan başqa, qeyri bir şeyə nail olmaz[!], onun binası üç tərəfdən hündür təpəliyin üstündə[dir] və [yüksəkliyi həmin] tərəflərin yüksəkliklərinin hamısından daha yüksəkdir. Digər (– dördüncü) tərəfindən dar və nahamar yol [gəlir] və [bu yol] sərt və çətin bir keçiddə başa çatır və o yolu gedən qarşılaşdığı sərtliklərə sinə gərərək hündür bir uçuruma və dərin bir yarğana yetişər ki, onunla qalanın darvazası arasında bir körpü bağlamışlar və körpü götürülərkən qalaya giriş qapadılmış olar.
Teymur elə ki o halın həqiqətindən agahlıq tapdı və o pünhan bir xəbər aşkar oldu, bu qərara gəldi ki, öz məqsədinə çatmayanadək o məhlədən köç etməsin; amma o qalanın yaxınlığına, bir məkan ki, ora düşər və ora elə yer ki dalğalanan dəniz onun içində yerləşsə tapmaq olmaz, bəlkə bütün ətrafı qarma-qarışıq idi və uçurum və yüksəklik elə bil, necə ki öz ərinin qarşısında həyasız bir qadının qəzəbli çöhrəsi – bütünlüklə sərt və kobuddur.
Amma Teymur tamahkarlığından öz sığınacaq və qərargahını orda, o qalanın göz qabağında qurdurmuşdu və ləşgərləri növbə ilə mühasirə və get-gəl işində olurlar və qala adamları gündüzlər körpünü götürüb müharibə və mübarizə bəlasından amanda idilər, çünki, o ətrafda bir məkan ki, mübarizə üçün yarasın və bir meydan ki, cəng üçün işə keçsin, tapmaq olmaz! Və teymurilər elə ki səhər açılır, uzaqdan ox atmaqla [, döyüşün başqa dəhşətlərindən] qurtulurlar və qane aşiq kimi, bir baxışa məmnun olurlar və gecə düşən kimi öz çadırlarının yolunu tuturlar və o yaxınlıqda bir yer yox idi ki bir gecəni başa vura bilələr, o zaman xaçpərəstlər körpünü yerinə qoyub dar bir yol ki, orda öz ehtiyaclarını təchiz edə bilərlər, [həmin yolu] açırlar və gediş-gəlişə başlayırlar, Teymur üçün o qaladan ümidsizlik nişanı zahir olan kimi və onun (– qalanın) fəthini özü üçün xam arzu hesab edən kimi [O,] köç göstərişi verdirdi; amma bu rüsvayçılıqdan qorxuya düşdü və bu geri çəkilməsi üçün bəhanə və [uydurma bir] «səbəb» axtarır.[..]
O qalanın möcüzəli fəthi barədə dastan
Teymurun ləşgəri içində boyları bir və qolları iki şir qüvvəsində iki cavan var idi ki, xasiyyət və görkəm və qorxmazlıq və mərdanəlikdə biri o birindən o qədər də fərqlənmirdi, mübarizə meydanında biri digərinə müvafiq irəli çıxır, tərəzinin iki gözü kimi bərabər olurdular, təsadüf düşdü ki, o ikisindən biri Gürcüstan adamlarından[109] bir kafir ki, şücaətdə şir kimi və boy-buxunda dağ kimi idi, [onunla] qabaq-qabağa çıxdı və Bu Onu yerə yıxıb başını kəsib götürdü və Teymurun dərgahına apardı və bu işdən yüksək bir rütbə qazandı; bu “özünü göstərmə” Bunun bərabərinin ürəyinə təsir etdi və onu bərk şəkkə gətirib məcbur etdi ki bir çarə fikirləşə ki, bəlkə özünün tayı yanında daha yaxşı bir (iş görüb ad-san) qazansın; Onun adı Pirməhəmməd və ləqəbi Qənbər idi və körpü işində heç kəs ondan çox tanışlıq və səriştəyə malik deyildi. O, bir gecə döyüş vasitələrini və öz adamlarını yığıb ilahi köməkliyə güvənməklə, boş və pünhan bir məhlə seçib pusquda durdu və elə gözlədiyi şərait və uğur içində münasib zaman olur, gah sinəsi üstündə süründü, gah da çöməlib iməkləyə-iməkləyə yol gedir və bir toxumun bəhrəsindən ki, [o toxumu] ürəyinin tarlasında əkmiş idi, [bu barədə öz-]özü ilə söhbət edir.
Ta o dəmədək ki sübh çağı üzündən niqabı çıxarıb atdı və xristianlar “götürülən körpü”yə tərəf geri döndülər və onu qurmaq üçün bir-birlərinə kömək edirlər, Pirməhəmməd körpü tərəfə həmlə edər və körpünün kəndirlərini qırar və Onlar körpünü götürmək üçün əl [tutmağa bir şey] tapmadılar; bu halda Ona hücum etdilər və [üstünə] daş və ox yağışı yağdırdılar, Bu, əcəli heç nə ilə tapmayıb, bir iş ki, həllini nəzərdə tutmuşdu [o işdən] geri oturmadı və [atılan] ox və daşdan hansı Ona çatır[sa] baş-gözünə dəyir, Onlar beləcə vuruşma və cəngü-cidalda idilər ki, günəş çıxdı və ruzigar öz təəccüblü işindən barmağını dişlədi və dövranın gözü bərələ qaldı, Onlar ki mühasirə işində idilər, artıq ondan əl çəkərlər və necə ki deyilmiş oldu [ki] Teymur köç göstərişi verdirib, [bundan başqa Teymur] qərargah və çadırlarını [da] hündür bir məkana aparmış idi ki, qəfildən xəbər gətirən bir uğurlu adamının dilindən ürəyinin qulağı ilə bu müjdəni eşitdi:
Qapalı görsən də çarənin qapısını ümidsizliyə qapanma,
Bil ki, bəndə aça bilməyən qapını Allah istədiyi vaxt bilər aça.
Teymurun uzaqdan nəzərinə çatdı ki, qalanın darvazası yanında bir güruh bir-birinə hücum edib mübarizə edirlər; və öz yaxın[ adam]ları və köməkçiləri üçün dedi ki, mən budur görürəm, o şeyi ki, siz də görə bilərsiniz, tələsin və kömək edin və döyüş yerinə yaxın olub məni onun (– davanın) necəliyindən agah edin. Buna görə getdilər ki, yenə xəbər əldə etsinlər və o gizli məsələni aşkar etsinlər və Onlar şir ürəklilərdən (elə) bir güruh idilər ki, düşmənçilik [hissi] və kinlilik öz təbiətlərində [bir-birlərinə qarşı] baş qaldırmamış idi və hamısı birlikdə aşağı düşən kimi elə göründü ki, şeytan sifətlər (– monqoloid irqində olanlar, Teymurun əsas ordusu) ilə atdanmağa və qalxmağa və uçmağa qalxmışlar, o dəstənin qabağında gələnlər Pirməhəmmədi ölmüş hesab etdi ki, elə öz odunun atəşində yanırdı və Bu (–Pirməhəmməd) Onları uzaqdan görən kimi təzə bir həyat tapdı və titrəməsini və qüvvəsizliyini bir tərəfə qoyub dirçəliş və qüvvə qazandı.
Xaçpərəstlər körpünü götürməkdə acizliyə düçar olan kimi ondan üz çevirdilər və istədilər ki qalaya daxil olalar və onun darvazasını möhkəm bağlayalar və bu niyyətlə bir də geri durdular, o zaman Pirməhəmməd onlara hücum etdi və qalaya daxil oldu və Onları darvazanı bağlamaq [imkanın]dan məhrum etdirdi, Onu qılıncla möhkəm yaraladılar və daş-qalaq etdilər və O, əl çəkmədi və elə bu işin həlli üçün öz səy və çalışmasını artırdı və daş və dəmir ki Ona dəyir, agah olmurdu.
Ta o döyüşkən şiri-mərdlər yetişdilər və qəzəb yağışı və hiddət seli kimi göydən və yerdən kömək və yardıma rəvan oldular və qızışmış şirlər kimi Onların üzərinə şığıdılar və Pirməhəmmədi Onların caynaqlarından qurtardılar, o zaman xaçpərəstləri ayağı bağlı dustaqlar edib Onların mallarını talan etdilər və Onların arvad-uşaqlarını əsir götürdülər. Pirməhəmmədi Teymura çatdırdılar və Onu (– Teymuru) Bunun (– Pirməhəmmədin) niyyət və xəyalından agah etdirdilər, sonra Bunun qanı daman yaralarına diqqət yetirdilər – onların sayı on səkkizə çatırdı[!], Teymur Buna razılıq etdi və çoxlu vədlər verdi və Onu yüksək mərtəbəyə aid olan bir rütbəyə malik edib Təbrizə göndərdi və o diyarın başçılarına və fərmandehlərinə sifariş etdirdi ki, həkim və dərman düzəldənlər Bunun başına yığılsınlar və tam sağalmasına çalışsınlar və Onlar Onun (– Pirməhəmmədin) müalicəsində çox çalışdılar və Teymurun fərmanını və (yenə) Onun sifarişini yaxşı həyata keçirdilər və bir çarə axtaranla bir çarə tapıb [Pirməhəmmədin müalicəsini] o dərəcədə bacardılar ki, [tezliklə] Onun xəstəliyini mükəmməl [surətdə] sağaltdılar, elə ki yaralar ondan daha yaxşı idi ki, dərman qəbul etdi və Teymurun yanına getdi, Teymur Onu qoşunlarının bir hissəsi üzərində sərkərdəliyə təyin etdi və ləşgərlərindən çoxlu güruhun fərmandehliyini Onun ixtiyarına verdi.
Gürcülərin işinin ardı və Onlar tərəfindən vasitəçiliyə Şeyx İbrahim hakim-e Şirvanın təhrik edilməsi
Bu qala və mağara Gürcüstan qüllələri arasında iki göz kimi idi və o vaxt ki, dövlətin üzü görən nemətdən bəhrəsiz qalar, yəqin edilər ki, müsibətlilik və matəm həngaməsi yaxınlaşmışdır, öz güclərini əllərindən verərlər və həm də Onları birləşdirən «ip» qırılar, çarə qılmaq əndişəsi yer üzərində «çöməldi» və qiyamət qalmaqalı «ayaq üstə» durdu, salamat (–əmniyyət) və həmrəylik Onların diyarına əlvida dedi və cəhənnəm atəşi qəzəbli çöhrəsi ilə Onların pişvazına tələsdi, Teymur o bir uğur və fəthi yaxşı yozdu və Gürcüstan məmləkətlərinin “xilası” qəsdi ilə yüyəni boşaldıb öz şeytan sifətlər ordusunu hərəkətə gətirdi[ ki], Onların həyat xırmanını amansız atəşlə yandıra və Onların ölüm kəfənini qılınc qayçısı ilə biçə və ox iynəsi ilə tikə və intiqamın dili bu ayəni Onlara oxudu:
أَلَمْ تَرَ أَنَّا أَرْسَلْنَا الشَّيَاطِينَ عَلَى الْكَافِرِينَ تَؤُزُّهُمْ أَزًّا (– Görmədinmi Biz kafirlərin üzərinə onları yoldan çıxarıb günaha sövq edən şeytanları göndərdik?)[110]
Gürcülər günah və təqsirlərinin əfv edilməsi üçün elə bir çarə qılan adam axtardılar ki, ondan əvvəl yırtılmış olan həyat libaslarını yenidən tikələr və ondan əvvəl qırılmış həyat zəncirini yenidən birləşdirələr, “fəryad-e əlaman” bayrağını qaldırdılar və Şeyx İbrahim hakim-e Şirvandan öz qurtuluşları üçün kömək istədilər, öz işlərinin yüyəni Onun tədbir əlinə tapşırdılar və O, gürcülərlə qeyri-məzhəbdə olsa da, Onu bir başçı seçdilər, bu zaman yay fəsli Gürcüstan adamları kimi meydanı tərk etmiş və payız fəsli Teymurun ləşkərləri kimi kölgəsini dünyaya salmış idi, “sultanlıq bayraqları” ağacların budaqlarından ən yuxarını bəzəmiş və dağlıq yerləri şərəfləndirmiş və axşamlarınnəsim küləyindən nəm götürən yer üzü “Davudi zireh” örtmüş və o şeylər ki, hərəkət edən və hərəkət etməyənlərdən cahanda vardır, Teymurun kömək və yardımına yetişmiş idi və mən demişəm:
Xuda bir bəndyə şərait yaratsa,
Olarlar düşmənlərinin yardımçıları.
Bu pozğunluqdan qurlulmaq istəsə o kəs,
Davam gətirməlidir odda yanmağa.
Əgər bacarmasa itirər ağlın,
Zar edər güllər tək yanı tikanlı.
Şeyx İbrahim Teymurun dərgahına gəlib yeri öpdü və necə ki padşahları öyürlər, Onu [eləcə] tərif etdi və özü bəndələr duran yerdə dayanıb icazə istədi ki söz desin və onun cavabını eşitmək şərəfinə nail olsun. Teymur icazə verdi, onda O dedi: Padşahın mehribançılığı və Onun aciz fəqirin könlünü alması və Onun bol rəhmət və tükənməz lütfündən faydalanan mən bəndəni söz ərz etməyə təhrik etmiş ki, indi Şərif rəy (–Teymur) qarşısında aşkardır və buna görə Allaha şükür ki arzu oxu məqsəd hədəfinə oturub və ürəyin ümidi muradın astanasına girmiş olubdur; bizim havadarın heybəti yer üzünün şərq və qərbini bürüyüb və Onu vuruş və çarpışmadan qorxusuz etmişdir, uğurlu ləşgəri nə qədər hesablaya bilsələr, onun sayı ondan (– hesab edilə biləndən) daha çoxdur və sayda nə qədər saymaq mümkün olsa, onların (– “uğurlu ləşgər”in) əlində əsir və dustaq ondan (– saymaq mümkün olan saydan) daha artıqdır, xüsusilə tatar adamları ki xoşbəxtlik Onlardan üz döndərmiş və özləri yoxluq diyarında yer tapmışlar, [Onlara] qışın soyuğu bol ziyan yetirib və Onların nəfəsləri kəsilməkdədir və beləcə, Bu gedişatda çox keçsə, zəlil günə qalanlar və zəlillər məhv olar və xırda böyüklər (– orta təbəqəyə mənsub adamlar) və xırdalar (– aşağı təbəqə, qara camaat) ölüm yoluna yollanarlar, bu ölkənin işi bəlkə cahanıın bütün ölkələrinin işlərindən ən çətinidir ki, Sənin üçün başqa nəticə verdi, bu ölkənin başçı və böyüklərinin hamısı bu bəndədə Padşahın inayətini görüb və qonşuluq səbəbindən mən bəndəni vasitəçiliyə seçmişlər və Şərif rəyin sədəqələrindən əziz bağışlanmaq[a] ümid edənlərdirlər ki, istədikləri ondan qeyri şey [deyil], hər hansı bir mübarək fikrə gəlsən və ali əmr buna işarə etsə bu bəndə və o camaat qəbul gözü ilə görməkdəyik və fərmana tabe olmaqdan qeyri yol seçmərik və əgər əsas məqsəd maldır[sa], gərək, bu bəndə (– yəni mən) onun təqdiminə duram. Bu evin oğlu üçün mal-dövlət hardadır ki, o evdə nəyə sahibdir ki? Nökər bu tərz iş görən deyildir; bəlkə bu baxımdan ki zəhmət və əziyyət iki tərəfdən bəhrə verdi və qonşuluq haqqı yerinə yetdi və Rəsul-e Əkrəm (S.) buyurdu ki, Cəbrayıl həmişə mənə qonşunun halının gözlənilməsini sifariş etməkdədir; budur böyük adamların şərif rəyi və əgər nökər [də] ümidsiz geri qayıtmaz[sa] süvabı daha çox olar.
Teymur Bunun xahişini qəbul edər və Onun və Onların mallarından ziyadə bol bir mal istəmiş olub; Şeyx İbrahim o istənilənləri Onun (– Teymurun) xəzinəsinə göndərdi və özü köçər və Onun (– Teymurun) qışlağının xalçasını Qarabağ içində sərər və bu[nlar] 806( 1403)-cı ildə [olmuş] idi.»[111]
Ankara döyüşündən geri dönən Əmir Teymurun 1403-cü ildə Gürcüstandan keçməsi, gürcü qalalarını tutması və orada törətdiyi dağıntılar Nizaməddin Şaminin və Şərafəddin Əli Yəzdinin eyniadlı əsərlərində – “Zəfərnamə”lərdə, geniş şərh olunsa da “Əcaibül-məqdur" dakı bu dair təfərrüat onlarda yoxdur. Düzdür, Ş. Ə. Yəzdi Əmir Teymurun Gürcüstana son hücumlarından bəhs edərkən, həqiqətən də lap axırda “mağaralıq”dan və “sandıq”lardan söhbət açır.[112] Amma o həmin hadisənin “Abxaz diyarı”nda[113] cərəyan etdiyini göstərir və bu barədə onun yazdıqları “Əcaibül-məqdur”dakılardan fərqli olaraq, ötəri və qarma-qarışıqdır. Heç şübhə etmirik ki, Ş. Ə. Yəzdi “Abxaz diyarı” deyərkən, ya sadəcə, səhvə yol vermiş, ya da ki Şəki ölkəsinin xristianlar yaşayan şimalını nəzərdə tutmuşdur. Amma hər halda, Teymurun “Abxaz diyarı”ndan geri dönməyə başlamasının bu müəllif tərəfindən göstərilmiş dəqiq tarixini, yəni oktyabrın 1-i, bazar ertəsi gününü,[114] Əmir Teymurun Şəki ölkəsindən geri dönmə tarixi hesab etmək və tarixi xronologiyaya tətbiq etmək mümkündür.
Ş. Ə. Yəzdi həmin gündən sonra Əmir Teymurun ovla məşğul olmasından və daha sonra isə bir müddət əvvəl əsir düşmüş bir qrup “gürcü sərdarı”nın Gürcü çarı Georginin yanına göndərməsinin nəticəsi kimi əks tərəfdən gəlmiş elçiləri qəbul etməsindən bəhs edir. Burada da sülhün baş tutmasında “gürcülərin aradüzəldəni olan” Şirvanşah Şeyx İbrahimin müsbət təsiri göstərilir, amma onun aradüzəltmə işi, Ərəbşahdakı kimi geniş şərh olunmur, sadəcə, Teymur dərgahında həmin məsələ müzakirə olunarkən “gürcü”lərin xeyirinə çıxış edir.[115]
O ki qaldı sözgedən 1403-cü il hadisələri barədə ibn Ərəbşahın yazdıqlarına, hansılar ki yuxarıda onların hamısının tərcüməsi verilib, bu hekayətlər daha çox, bir adamın dilindən deyilən təəssürata, yaxud xatirəyə bənzəməkdədir. Diqqət yetirsək ki, “Əcaibül-məqdur”un müəllifi 1401-ci uldə ailəsi ilə birlikdə teymurilər tərəfindən əsir götürülmisdür, bu halda, onun, Əmir Teymurun 1404-cü ildə Səmərqəndə qayitmasına qədər Cağatay ordusunda saxlanıldığını, 1403-cü ildə həmin ordu ilə birlikdə Şəki ölkəsində olduğunu və orada baş verən bəzi hadisələri, hansılar ki sonralar “Əcaibül-məqdur”da qələmə almışdır, onları o vaxt, 14 yaşında ikən, şəxsən müşahidə etdiyini güman etmək olar.
Heç şübhə yoxdur ki, ibn Ərəbşahda adı çəkilən Gəl-Gör-Get qalası daha sonralar “Gələsən-Görəsən” adlananmışdır və xarabalığı da indiki Şəki şəhərindən bir neçə km. şmaldadır. Vətən tarixçiliyində ilk dəfə burada, indi bizim tərəfimizdən irəli sürülən bu fikir, heç də yalnız adların oxşarlığına əsaslanmır. Belə ki qalanın İbn Ərəbşah tərəfindən edilmiş təsviri də məhz, Gələsən-Görəsən qalasına uyğun gəlməkdədir. Amma “mağaralıq”ı Şəkiyə aid edə bilməyimiz üçün əlimizdə belə bir tutarlı dəlil, yaxud istinad edilməli elə bir şey yoxdur. Özü də bir az yuxarıda qeyd olunduğu kimi, Ş. Ə. Yəzdi oranın adını “Abxaz diyarı”nda vaqe olan hadisələr bəhsində çəkmişdir. Amma bunlara baxmayaraq, biz “mağaralığ”ı Gələsən-Görəsən qalasının yaxınlığında axtarmağa və 16-cı əsrin ortalarındakı “Sığnaq”la,[116] yaxud da indiki Marxal’la[117] eyniləşdirməyə üstünlük veririk.
GÖSTƏRİCİ
)
)darginlər, 15
)darğinlər, 15
)erməni, 11
)gürcü, 10
)gürcülər, 14, 15
)laklar, 15
)ləzgilər, 15, 17
)saratsinlər, 14
)tatar, 10, 17
)udinlər, 11
*
*1386-cı ilin ortaları, 5
*1399 – 1423/1424 +, 6
*1401/02 (–h. 804)-, 6
*1404-cü il aprelin 12-, 6
*1405-ci il, yayın ikinci yarısı, 6
*1424/25 (– h. 828), 7
*1440-cı il, 10
*1694-cü il, 13
:
:B. M. Əmini, 13
:Bünyadov, 6, 7, 12
:Ərmağan, 5
:Evoğlu, 5
:İbn Ərəbşah, 9, 10, 11, 16
:İoseliani, 13
:Kiknadze, 13
:Layoş, 12
:Lüğon, 6
:Mirxond, 9
:N. Şami, 8
:Necati, 10
:Nəvayi, 5
:Piriyev, 8
:Puturidze, 13
:Qalonifontibus, 11, 12, 14
:Qorqicidze, 12, 13
:Sabeti, 5
:Şami, 5, 6, 7, 8, 16
:Taur, 6
:Xondəmir, 9
:Yəzdi, 7, 8, 9, 16
;
;Ağ su, 17
;Ağ su çayı, 17
;Ağ su dərəsi, 17
;Ağcab vilayəti, 17
;Alıncaq qalası, 7
;Ankara, 4, 6
;Azərbaycan, 6, 8, 10
;Bağdad, 5
;Bakı, 6, 8, 12
;Bakı dənizi, 15
;Bərtaz eli, 17
;Bərtaz vilayəti, 17
;Bombey, 9
;Budapeşt, 12
;Çin, 10
;Dağıstan, 4
;Daşkənd, 8
;Dəməşq, 9, 10
;Dəmir qapı şəhəri, 14
;Ədirnə, 10
;Gəl – Gör – Get, 17
;Gəl – Gör – Get qalası, 16
;Gələsən-Görəsən, 11, 17
;Gələsən-Görəsən qalası, 16
;Gəl-Gör-Get, 10, 11
;Gürcüstan, 4, 10, 14
;Gürcüstan Respublikası EA Əlyazmaları İnstitutu, 13
;Hələb, 10
;Herat, 9
;İran, 5, 12, 19
;İsfahan, 12
;Kartli, 12
;Kaspi, 15
;Kaspi dənizi, 14
;Kəlküttə, 8
;Kiş, 17
;Kiş çayı, 16, 17
;Kiş dərəsi, 17
;Krım, 10
;Kür çayı, 16, 17
;Lakxnau, 9
;mağaralıq, 17
;Mazandaran, 5
;Naxçıvan, 12
;Orta Asiya, 9
;Praqa, 6
;Qahirə, 9, 10
;Qəbələ şəhəri, 16
;Qori, 12
;Roma, 12
;Səkğut vilayəti, 17
;Səki, 10
;Şəki, 3, 6, 7, 8, 9, 11, 14, 15
;Şəki, 19
;Şəki əyaləti, 10
;Şəki hökmdarlığı, 4
;Şəki ölkəsi, 3, 4, 5, 11, 12, 14, 16, 17, 18
;Səmərqənd, 9, 10
;Seyid Əhməd, 4
;Sorxab, 17
;Sorxab qalası, 17
;Sorxab Qarabağı, 17
;Sultaniyyə, 12
;Şüstər, 12
;Tbilisi, 13
;Təbriz, 6
;Tehran, 5, 8, 9, 10
;Tənqut vilayəti, 17
;Tiflis, 16
;Vartaşen, 11
;Yəzd, 7
;Zaxur, 17
“
“Azərbaycan tarixi”, 3
“Əcaibül-məqdur”, 9, 10, 11, 16
“Gürcüstan tarixi”, 0, 12, 13
“Kitabi Dədə Qorqud”, 14
“Məcəllə”, 5
“Məcmuə-ye Münşəat”, 5
“Qafqaz xalqları haqqında məlumat”, 11, 12
“Rövzətüs-səfa”, 9
“Zəfərnamə”, 5, 6, 7, 8, 9, 16
1
1404-cü il, 12
A
Ağ su, 1, 43, 49, 50
Alıncaq, 1, 28, 32, 33, 34, 36, 37, 39, 40, 41, 44, 45, 51, 52
Alıncaq qalası, 32, 33, 36, 39, 41
Ankara, 53, 62, 67
Avropa, 12
Azərbaycan, 20, 21, 23, 28, 32, 35, 68, 71
Azərbaycan Respublikası, 3
B
Bağdad, 33
Bakı, 64, 66, 67, 68, 69, 70, 71
Bərtaz, 30
Böyük Aleksandr, 15
C
Cam-i Abbasi, 13
D
Dağıstan, 25
darginlər, 11
Daşkənd, 24, 25, 26, 27, 37, 46, 66
Dəməşq, 9
Ə
Ə. Urunbayev, 8
Əmir Teymur, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 16, 19, 20, 21, 23, 25, 27, 28, 29, 30, 32, 33, 36, 37, 38, 39, 42, 43, 45, 46, 49, 51, 52, 53, 65
Əmir Teymurun, 20, 21, 23, 28, 29, 32, 33, 37, 39, 41, 43, 45, 52, 62, 63
E
erməni, 15, 34, 40
F
fars, 55
G
Gələsən-Görəsən, 63, 64
Gəl-Gör-Get, 55, 63
gürcü, 10, 11, 14, 15, 26, 34, 35, 38, 40, 56, 62
gürcülər, 11, 15, 34, 44, 46
Gürcüstan, 22, 37, 39, 40, 42, 44, 52, 53, 56, 59, 60, 62
Gürcüstan tarixi, 13
I
I Bayazid, 4
İ. D. Qalonifontibus, 14, 15
ibn Ərəbşah, 52
İbn Ərəbşah, 63
İbrahim sultan, 7, 8
II Şah Abbas, 12
İoann de Qalonifontibus, 11, 14, 15, 67, 69
İran, 19, 21, 23, 29, 34, 42, 43, 65
K
Kiçik Qarabağ, 17
Kiş, 49, 64
cay
Kiş. См.
Kiş çayı, 49
Kiş dərəsi, 50
Kür çayı, 24, 28
L
Laggi., 15
Lagzi, 15
Lazi., 15
ləzgilər, 11, 15, 23, 25
M
mağaralıq, 1, 16, 52, 53, 62, 63, 64
Mazandaran, 0, 19
Mirxond, 24
monqol, 29
N
N. Şami, 23, 29, 41
Naxçıvan, 33
Necati Lüğon, 45
Ö
Ömər mirza, 6
Özbəkistan EA Şərqşünaslıq İnstitutu, 8
Q
Qafqaz xalqları haqqında məlumat, 11
Qazan xan, 14
Qazan xan oğlu Uruz bəy, 14
Qorqicidze, 38, 51
R
Rostom-Xosrov mirzə, 12
S
Ş. Ə. Yəzdi, 24, 34, 43, 45, 49, 51, 62, 63
Saraceni., 15
saratsinlər, 11, 15
Səkğut, 26
Şəki, 0, 1, 6, 14, 15, 19, 20, 21, 22, 23, 24, 25, 26, 29, 30, 32, 33, 34, 35, 37, 39, 41, 44, 45, 50, 51, 52, 56, 62, 63, 64, 65, 67, 68, 69, 1
Şəki əyaləti, 15
Şəki hökmdarı, 6, 7, 20, 32
Şəki ölkəsi, 11, 15, 16, 17
Səki xanı, 4
Şəki xanı, 4, 25
Şəkinin hökmdarı, 5
Seyid Əhməd, 6, 7, 40, 43, 44, 51
Seyid Əli Kiya, 5, 19
Şirvanşah Şeyx İbrahim, 10, 14, 44
Sorxab, 24, 27
Sorxab Qarabağı, 27
Sultan Baykara, 9
Sultan Məhəmməd, 10
Sultan Şahrux, 7, 8
T
tatar, 14, 56, 61
Tbilisi, 67, 71
Təbriz, 35
Tehran, 25, 26, 27, 37, 46, 68
teymurilər, 40, 52, 55, 56, 63
Thurigi., 15
türk, 45, 50, 55, 56
U
udin, 34
udinlər, 15
V
Vartaşen, 15
X
Xəlil sultan, 10
Xondəmir, 68
Z
Zaxur, 26
ا
ابن عربشاه, 10, 33, 35, 67, 70
ع
عبدالحسين نوائي, 5, 68
Aydın Məmmədov
2007
[1] Bax: عبدالحسين نوائي، اسناد و مكاتبات تاريخي ايران از تيمور تا شاه اسماعيل، تهران-١٣٤١و ۱۳۵۶ ( ومجلهءارمغان ازمجموعهء منشآت ايوغلى ) səh. 54 – 57
[2] Bax: سيد على مويد ثابتي، اسناد ونامه ها ى تاريخي، تهران-١٣٤٦
Ə. Nəvayinin təshihi ilə müqayisədə elə bir əhəmiyyət daşımayan cüzi fərqlərə malikdir. Biz sözgedən məktubun yalnız Ə. Nəvayi redaktəsindən iqtibas gətirəcəyik.
[3] Seyid Əhməd 1399-cu ilin yanvar ayında hakimiyyətə başlayıb və Şəki hökmdarı kimi tarixi mənbələrdə onun adına axırıncı dəfə 1423/1424-cü il hadisələri ilə əlaqədar olaraq təsadüf edirik. Bəzən onun 1382 –1438-ci illərdə hakimiyyətdə olduğu göstərilir (Bax: Сведения о народах Кавказа (1404 г.)( Иоанн де Галонифонтибус), Баку –1979, qeyd: 139; yaxud: Путешествие по Европе, Азии и Африке (Иоганн Шильтбергер). Баку –1984, qeyd: 181), lakin əlbəttə ki bu səhvdir.
[4] Bu nəşrlə tanış ola bilməmişik.
[5] Bu nəşrlə tanış ola bilməmişik.
[6] U. Uvatov (1974), səh. 10, 11, 26
[7] Bax: تاليف: ابن عربشاه، زندگانى شگفت آور تيمور(ترجمهء كتاب عجايب المقدور فى اخبار تيمور، ترجمه: محمد على نجاتى)، طهران –١٢٣٩
[9] İoann de Qalonifontibus yazır: Burada hakimiyyət müsəlmanların əlindədir. Burada həm gürcülər (– oxu: pravoslavlar), saratsinlər (– oxu: müsəlmanlar), darginlər və ləzgilər yaşayır... Onların (– əslində, onların xristianlarının) məzhəbləri gürcülərlə eynidir, amma artıq qeyd edilənlərdən başqa, [həm də əlavə etməliyəm ki,] onlar özlərinin bir neçə xüsusi [dini] mərasimlərini də icra edirlər. Иоанн да Галонифонтибус, 25.
[10] İoann de Qalonifontibus sözünə belə davam edir: Amma ölkə bütünlüklə səhhət üçün yararlı deyil, bundan başqa əhali bağırsaqlarına qaz yığılmasından və sağlamlıqlarının zəifliyindən əziyyət çəkir, kənar yerdən gələnlər burada çox yaşaya bilmirlər. Əlbəttə, bunları ciddi qəbul etmək mümkün deyil!
[11] Gürcüstanla həmsərhəd olan Şəki ölkəsində də az-çox sayda gürcünün yaşaması təbii bir haldır. Lakin 4 cəhətə – hansılar ki aşağıda göstərirk, diqqət yetirsək belə bir nəticə çıxara bilərik ki, İ. D. Qalonifontibus “gürcü” deyərkən, həm də məxsusi dini mərasimləri olan provoslav məzhəbli albanları, yaxud provoslav məzhəbli oğuzları nəzərdə tuturmuş:
1. O vaxtlar bu “gürcü”ləri Şirvanşah Şeyx İbrahim “tatar” adlandırırdı (Bax: );
2. Qeyri-türklər tərəfindən oğuzların “tatar” adlandırılması fakına 2 dəfə “Kitabi Dədə Qorqud”da da təsadüf edirik: IV boyda “kafirlər” Qazan xan oğlu Uruz bəyə “tatar oğlu” (Kitabi Dədə Qorqud, səh. 80), X boyda isə “təkurun arvadı” Qazan xanın özünə “tatar” deyir (Yenə orada, s. 144).
3. Necə ki İ. D. Qalonifontibus Şəki ölkəsi əhalisinin etnik tərkibini təsnif edərkən daha çox dini amilə üstünlük verir (məsələn, “...burada həm gürcülər, saratsinlər, müsəlmanlar...yaşayır), Şəki əyaləti əhalisinin 1824-cü il siyahıyaalınması aktlarında da belə edilmişdir (Məsələn, Vartaşen kəndində yaşayan pravoslav udinlər gürcü, qriqoryan udinlər isə erməni kimi qeydə alınıblar( ).).
4. İ. D. Qalonifontibus bu Şəki ölkəsidə yaşayan gürcülər barəsində həm də bildirir ki “Onların məzhəbləri gürcülərlə eynidir, amma ...onlar özlərinin bir neçə xüsusi mərasimlərini də icra edirlər.
[12] Mənbədə: Saraceni.
[13] Yenə orda: Thurigi.
[14] Yenə orda: Lazi.
[15] Yenə orda: Laggi.
[16] Mənbədə: Lagzi
[17] İoann de Qalonifontibus daha sonra ləzgilər barədə əlavə edir: Bu ləzgilərin həyatı, gərək ki, mövcud olan qanunlarla nizamlanır. Onlardan bir qismi müsəlman, başqaları gürcü (– oxu: provoslav), bir qismi isə xristiandır ( – oxu: katolikdir). Onlar çox iti yeriyirlər və yaxşı ox atanlardırlar. Bax: Иоан де Галонифонтибус, səh. 151.
[18] ИОАНН ДЕ ГАЛОНИФОНТИБУС, 25
[19] Yeri gəlmişkən, buna xeyli oxşar olan bir xəritə isə “Azərbacan tarixi”ndə dərc olunub, hansı ki lap başlanğıcda bu barədə artıq yazmışıq:
[20] Zeynəddin bin Həmdullah Qəzvini (1990), səh. 48
[21] Ərməğanda: [Kürd].
[22] Ərməğanda yoxdur.
[23] Ərməğanda: [müxaliflik].
[24] səh. 54 – 55 (۱۳۵۶\١٣٤١) اسناد و مكاتبات تاريخي ايران از تيمور تا شاه اسماعيل
[25] Azərbaycan tarixçiliyində Şirvanşah Huşəngin ölümü və Şeyx İbrahimin hakimiyyətə başlama vaxtı qəti olaraq 1382-ci il kimi qəbul edilib. Biz isə bunu o qədər də ciddi hesab etmirik. Belə ki Şirvanşah Huşəng 1382-ci ilin payızında hələ sağ idi. Bax: Zeynəddin bin Həmdullah Qəzvini (1990), səh. 46
[26] Əmir Teymurun vəsiyyətləri (1991), səh. 36
[27] 1482 –1483-cü illərdə Şirvan şəhərlərində Cəlair sultanı Qiyasəddin Əhmədin adından sikkə kəsilirdi (Bax: М. А. Сейфеддини (1981), 224). 1385-ci ildən ta h.1390-cı ilə qədər isə burada Qızıl Orda xanı Toxtamışdan qeyri, digər hökmdarın adından sikkə zərb edilməyib. Deməli, Şirvan 1385-ci ilə qədər Cəlairlərin, bundan sonra isə Qızıl Ordanın ərazisi imiş.
[28] F. Mestopskiyə görə, Teymurləng həmin vaxt Toxtamış xanla qarşılaşmaqdan çəkinmişdir. Bax: Foma Mestopski (1956), səh. 11.
[29] М. А. Сейфеддини (1981), 224
[30] Ərməğanda: [dəz-e Kuçik (–«kiçik qala», yaxud «kiçik miqdar»)] və bu səhvdir.
[31] Ərməğanda: [etdirmiş idik].
[32] Ərməğanda: [Onun vilayətləri və ölkə və məqamı müyəssər oldu]
[33] səh. 54 – 55 (۱۳۵۶\١٣٤١) اسناد و مكاتبات تاريخي ايران از تيمور تا شاه اسماعيل
[34] Bu yalnız Z. Bünyadovun türkcədən çevirməsində var. Bax: Nizaməddin Şami (1992), səh. 11–12
[35] Bu yalnız Z. Bünyadovun türkcədən çevirməsində var. Bax: Nizaməddin Şami (1992), səh. 11–12
[36] Bax, 23-cü qeydə.
[37] Bax, 23-cü qeydə.
[38] Fikrimizcə, bura müasir Azərbaycan Respublikasının Ağdaş rayonu ərazisinə uyğun gəlir.
[39] Bax, 23-cü qeydə.
[40] Bu toponimin farsca mənası «qırmızı su» deməkdir. Sorxab qalası 16-cı əsrin birinci yarısında Şirvanşahlara məxsus idi və onların öz əraziləri üzrə ən qərbdə, Qəbələ ilə Kür çayı arasında yerləşən müdafiə istehkamı idi. Arxeoloq F. V. Qədirov’a görə Sorxab, indiki Göyçay və Türyançay dərələri arasında, Ərəb Kükəl kəndindən şimalda, Surxayxan dagının zirvəsində olub və indi də xarabalığı həmin yerdə qalmaqdadır. Lakin tədqiqatçı etiraf edir ki, yerli əhali həmin qalanı Sorxab yox, ya Surxayxan, ya da Qaraçala adlandırır.( Bax: F. V. Qədirov (1984), səh. 79).
[41] Nizamuddin Şami (1956), səh. 57; necə ki F. Taur bu hissəni Zəfərnamə-nin müxtəlif əlyfzma nüsxələrinin, o cümlədən ondan köçürülmüş digər əsərlərin müvafiq mətninə əsasən «montaj» etmişdir, eləcə, biz də orada, sözlər arasında olan rabitəsizliyi aradan qaldırmaq üçün Z. Bünyadovun türkcədən çevirməsinə və Ş. Ə. Yəzdi Zəfərnaməsi’nin Daşkənd nəşrinə əsasən müəyyən əlavələr etdik.
[42] Mətndə: معُرب şəklində idi və cümlənin müvafiq hissəsini ən yaxşı halda belə tərcümə etmək mümkün idi: Elə ki ərəbləş(diril)miş (–üaxud: ərəbdən dönmüş) Şəki vilayəti hümayun məvkibin çadırları oldu,… Göründüyü kimi ifadə düzgün alınmır – necə ki, vilayət çadır ola bilməz! Lakin Zəfərnamə mətninin bir neçə yerində şablon ifadə: مَضِْرب خِيْام işlədildiyinə görə (Bax: Шарафуддин Али Яздий (1972) səh. 270a; 341b; 352a ). biz dəqiqləşdirə bildik ki, əslində burada da elə – مَضِْرب (– qurulan yer) yazılmalı idi, sadəcə, katib tərəfindən nöqtə və hərəkə xətalarına yol verilmişdir; və bundan başqa, həmin hekayəti Ş. Ə. Yəzdidən öz Rövzət üs-səfa’sına köçürmüş Mirxond da müvafiq yerdə eyni sözün sinonimi olan – نصب işlətmişdir (Bax: ميرخواند، (۱۲۷۱) səh. 45).
[43] N. Şamidə: ta ləkziləri (–ləzgilər yaşayan yerlərə qədərki əraziləri, yaxud ləzgilər yaşayan yerləri də) qarət etsinlər. Mümkündür ki, bu hadisə indiki Şəki şəhərindən bir qədər şimalda baş verib. Amma Şəkiyə hücum, payızın sonuna təsadüf etdiyindən Əmir Teymur ləzgilərlə Şəki düzlərində də qarşılaşa bilərdi. Belə ki, məhz, həmin mövsümdə, Dağıstanda yaşayan ləzgilərin bir qismi – əsasən Samur çayının orta hövzəsində məskunlaşanlar, öz qoyun-quzularını Şəki düzlərinə endirirlər. Məsələn, 19-cu əsrin əvvəllərində tərtib olunmuş sənədə əsasən ləzgilər bu iş üçün həmin vaxt Şəki xanına müvafiq vergi də ödəyirlərmiş. (Bax: Камеральное описание жителей города Нухи и Шекинской провинции за 1824 год…, səh. 70) Hal-hazırda Şəki şəhərinin xeyli ləzgi sakini var və Şəki, Oğuz, Qəbələ rayonlaprında da ləzgi kəndləri mövcuddur. Amma Şəki şəhərində yaşayan ləzgilərin əksəriyyəti və Şəki rayonunun bəzi kəndlərində yaşayan bir çox ləzgilər son 30-35 il ərzində Rutul rayonunun (RF, Dağıstan MR) Xnauli (–Xnov) kəndindən köçüb gələnlər, yaxud onların övladlarıdır. Şəki, Oğuz və Qəbələ rayonlarındakı ən köhnə ləzgi kəndlərində yaşayanlardan əksəriyyətinin əcdadlarını isə bura Şəki xanı Məhəmmədhəsən xan (– fasilələrlə hakimiyyətdə olub: 1784 – 1804) Dağıstan, yaxud Quba xanlığı ərazisindən köçürmüşdür.
[44] Kvadrat mötərizə içindəki hissə Tehran nəşrindədir. Daşkənd əlyazmasın-da:Məhəmməd Dərviş.
[45] Mətndə: şəklindədir. Fikrimizcə, bu Zaxur’a (– Orta əsr gürcü mənbələrindəki Tsukuti’yə) – indiki Şəki şəhərindən bir qədər şimal-qərbdə, Samur çayının yuxarı hövzəsində yerləşən tarixi vilayətin adına uyğun gəlir. Mirxondda: (–Zayif) (Bax: ميرخواند، (۱۲۷۱) səh. 45).
[46] Kvadrat mötərizə içindəki hissə Tehran nəşrindəndir. Daşkənd əlyazmasında: istila.
[47] Əlyazmada səhvən: ibn
[48] Kvadrat mötərizə içindəki hissə Tehran nəşrindəndir. Daşkənd əlyazmasında yoxdur.
[49] Шарафуддин Али Яздий (1972) səh. 181b – 182a; Göründüyü kimi bu hadisələr barədə N. Şamiyə nisbətən Ş. Ə. Yəzdidən gətirdiyimiz iqtibas həcmcə xeyli çox olsa da, keyfiyyətcə, heç də o qədər üstün deyil.
[50] İran alimlərindən Ə. Nəvayi yazır ki, orlat –Bəlx ətrafında sakin olmuş Cağatay (–Çingiz xanın oğlu, 1227/1241-ci illlərdə cənub-şərqi monqol ulusunun xanı) xanədanından, qədim Xorasan tayfalarından biridir. (Bax: Hasan Rümlu, AHSAN AL- TAVARİKH, Edited by: Dr. A. H. Navai, Tėhėran – 1970, səh. 822
Ə. Nəvayi bu sözün digər mənası barədə isə F. Rəşidəddindən iqtibas gətirir: Orlat kəlməsinin mənası budur ki, bu şəxs ata-anasının qabağında nazənin idi (Bax: yenə həmin nəşr ( F. Rəşidəddin, Tərcüme-ye bərname-ye elminsəki, səh.: 869) səh. 822). Hər halda, birinci versiya daha münasibdir. Belə ki tarixi mənbədə Seyid Əlinin oğlunun adı ilə də yanaşı Orlat kəlməsi işlədilmişdir ki (Bax: F. Sümer (1984), səh. ??? ), bu da həmin sözün nəsil, yaxud tayfa adı olduğuna dəlalət edir.
[51] Nizaməddin Şami (1992), səh. 11–12
[52] Əlyazmada səhvən: Təqlis.
[53] Əlyazmada səhvən yalnız: nozul (–düşmək).
[54] Ola bilsin, bura indiki Şəki şəhərindən 12-15 km. cənubdakı Daş-yüz deyilən ərazidir.
[55] Əlyazmada buraxılıb.
[56] Шарафуддин Али Яздий (1972) səh. 270a/b; Bu dəfə eyni hadisə barədə hər iki müəllifdən gətirdiyimiz iqtibas nə həcmcə və nə də məzmunca bir-birindən o qədər də fərqlənmir. Müqayisə etməyə dəyəsi yeganə şey isə budur ki, Ş. Ə. Yəzdidə olan el və vilayət-e Bərtaz, yaxud dağ və çöl Bərtaz ifadələrinə N. Şamidə tasadüf etmirik.
[57] səh. 348a/b شرف الدين علىزدى (١٩٧٢)،
[58] Путешественники об Азербайджане (1961) səh. 50.
[59] səh. 66 ابن عربشاه ( ١٢٣٩)،
[60] М. А. Сейфеддини (1981), ....
[61] Bu dəfə daha münasib hesab etdiyimizə görə, birinci N. Şamidən deyil, Ş. Ə. Yəzdidən iqtibas gətiririk.
[62] Əlyazmada səhvən: şah.
[63] 1824-cü ildə tərtib edilmiş siyahıyaalma sənədində Şəki əyalətinin şimal-şərqində ya-şayan provoslav məzhəbli udinlərin miliyyəti «gürcü», qriqoryan məzhəblilərinki isə «erməni» kimi göstərilib.13 O cümlədən, həmin sənəddə Sultan-Nuxa kəndinin (–Qutqaşın mahalı) nə udin, nə erməni və nə də gürcü dilini bilməyən və yalnız türkcə (–oxu: azərbaycanca!) danışan qriqoryan məzhəbli sakinlərinin milliyyəti də «erməni» kimi göstərilir.13. 4 Ona və digər şeylə-rə (–hansılar ki, biz hələ bir qədər sonra bəhs edəcəyik) görə belə bir mülahizə də irəli sürmək mümkündür ki, yuxarıda «gürcü» adlananların bir qismi və ya hamısı bəlkə də gürcü yox, əs-lində, o vaxtlar Şəki ölkəsinin şimalında yaşamış provoslav məzhəbli xristianlar idi.
[64] Əlyazmada yalnız: şüşə
[65] Əlyazmada səhvən yalnız: sultan.
[66] Əlyazmada: dirənib.
[67] Əlyazmada buraxılıb.
[68] Cümlənin bu hissəsi bizim tərəfimizdən, İbn Ərəbşaha istinadən (Bax: səh.66 ابن عربشاه،( ١٢٣٩) ) əlavə edilib. Məqsədimiz hadisəni bir qədər də canlandırmaq, mətni informasiya cəhətdən daha da zənginləşdirməkdir.
[69] Əlyazmada səhvən: gəldi.
[70] Əlyazmada: Bu şir (Kəlilə və Dimnə-dən?), yaxud Əsəd adlı hansıa şəxs haqqında olan ərəbcə ibarədir.
[71] 348b – 349b. شرف الدين على يزدى (١٩٧٢)،
[72] Kvadrat mötərizə içindəki hissə Tehran nəşrindəndir. Daşkənd əlyazmasında yoxdur.
[73] səh. 356a. شرف الدين علىزدى (١٩٧٢)،
[74] ƏMİR TEYMURUN VƏSİYYƏTLƏRİ (1991), səh. 73
[75] Fikrimizcə, o, bu miqdardan az döyüşçü ilə «Hülaku xan ulusu»nu əldə saxlaya bilməzdi və həmin miqdardan artığa isə ehtiyacı yox idi.
[76] Парсадан Горгиджанидзе (1990), səh. 43.
[77] ƏMİR TEYMURUN VƏSİYYƏTLƏRİ (1991), səh. 100
[78] ƏMİR TEYMURUN VƏSİYYƏTLƏRİ (1991), səh. 103.
[79] Mətndə: ərgin; Bizim tərəfimizdən redaktə edilmiş variant isə Rövzətüs-səfa mətninin müvafiq bəhsinə əsasəndir. Orada: Gorgin (–Georgi) hakim-e Gürcüstan (Bax: səh. 98 ميرخواند (۱۲۷۱)، )
[80] Nəşrdə çex dilində qeyd edilib: Ajoutẻ par celui qui collationna le manuscrip Z.Voir p. XVIII
[81] Bax əvvəlki qeydə.
[82] Bax əvvəlki qeydə.
[83] Necə ola bilər ki, teymurilər uzaqdan atdıqları oxla öldürdukləri Seyid Əlinin başını rahatca kəsə və hələ üstəlik, Təbrizə də apara bilərdilər? Axı onlar özləri acınacaqlı məğlubiyyətə uğramış, qaçmağa üz qoyaraq döyüş meydanından canlarını zorla qurtarmışlar! Yəqin ki N. Şami Əmir Teymurun qəzəbindən qorxaraq teymurilərin məğlubiyyətini ört-basdır etmək üçün belə yazmağa məcbur idi və həmin səbəbdəndir ki, buradakılar Ş. Ə. Yəzdinin Zəfərnamə’sində öz əksini tapmamışdır.
[84] NIZAMUDDÍN ŠAMÍ (1956), səh. 148. Göründüyü kimi, Ş. Ə. Yəzdiyə nisbətən, N. Şaminin müvafiq bəhsi, həcm və təfsilatca bir qədər kəm olsa da bəzi təfərrüat yalnız burada var. Məsələn, Sultan Tahirin Alıncaq qalasına təyin etdiyi şəxslərdən birinin adı (və milliyyəti); Seyid Əli Orlatın dağın bir zirvəsindən, minik heyvanının belindən yıxılaraq həlak olması və başının isə kəsilərək Təbrizə aparılması; nəhayət, məlum hadisə haqda Əmir Teymura məlumat verilməsi üçün bir nökərin Səmərqəndə (– əslində Hindistana) göndərilməsi...
[85] Bunlar həm də Ş. Ə. Yəzinin Zəfərnamə’sində təkrarlanır.
[86] Гийасаддин Али (1958), səh. 186; səh. 340a/b. شرف الدين على يزدى (١٩٧٢)،
[87] ƏMİR TEYMURUN VƏSİYYƏTLƏRİ (1991), səh.95.
[88] ƏMİR TEYMURUN VƏSİYYƏTLƏRİ (1991), səh. 42
[89] Bəzi tədqiqatçılara görə Seyid Əhməd şirvanşahlar xanədanandandır, hakimiyyət dövrü isə 1382–1438-ci iləri əhatə edir.23 Hər halda, aydındır ki, birinci tarix səhih deyil, belə ki Se-yid Əhməd 1399-cu ildə hakimiyyətə gəlmişdir.
[90] Əmir Teymurun ordusunda həqiqətən də Ömər Taban adlı əmir olub, lakin həmin iki sözü başqa variantda oxuyaraq şanlı əmr, yəni şanlı fərmanlar kimi də tərcümə etmək mümkündür.
[91] Əlyazmada: Süleyman.
[92] səh. 352a/b. شرف الدين على يزدى (١٩٧٢)،
[93] Ola bilsin ki, Şirvanşah Şeyx İbrahim həmin şeyləri, əslində, Şəki hökmdarı Seydi Əhmədin “əfv olunması”nın əvəzində təqdim edib. Belə ki daha sonra görəcəyik ki, o, Şəki ölkəsinin bir hissəsində yaşayan sakinlərin də «bağışlanması» üçün Əmir Teymura çox böyük miqdarda mal-dövlət vermişdir və bu hərəkətini onunla əsaslandırmışdır ki, qonşuları çox kasıb yaşadıqlarından özləri heç nə verə bilməzdilər. Sözsüz ki, o dövrlərdə dünyanın ən mühüm ticarət yollarının Şirvandan keçməsi, orada neft mədənlərinin olması və s. şeylər şirvanşahlara külli miqdarda qazanc gətirməkdə idi və onlar bu xüsusda bəxti gətirməmiş Şəki hökmdarlarından qat-qat varlı olmaqla, istənilən vaxt həmin qonşularının da əvəzinə mal-dövlət sərf edə bilərdilər.
[94] NIZAMUDDÍN ŠAMÍ (1956), səh. 153 – 154.
[95] Mərhum akademik Ziya Bünyadovun türk dilindən (əsəri bu dilə farscadan Necati Lüğon tərcümə etmişdir) çevirməsidə xeyli konkretləşdirmə var: Bundan əvvəl Şəki vilayətinin haki-mi olan Seyyid Əlini öldürdükdən sonra, oğlu qiyam edərək atasının yerinə keçmişdi. O, Əmir Teymurun gəldiyini eşidib qorxdu və Şirvan məliyi Şeyx İbrahimi vasitəçiliyə sövq edib, Əmirin yanına gəlir, itaətini ərz edir və yeri öpmək şərəfinə nail oldu, qüsurlarından dolayı əhv və mərhəmət dilədi. Əmir Teymur onu əzizləyəb təltif etdi, sonra da atasının mənsəb və məqamını özünə verdi. Nizaməddin Şami (1992), səh.18.
[96] səh. 352b ; Bax: qeyd 81. شرف الدين على يزدى (١٩٧٢)،
[97] Kvadrat mötərizə içindəki hissə Tehran nəşrindədir. Daşkənd əlyazmasında yoxdur.
[98] Bax: əvvəki qeydə.
[99] Bax: qeyd 85-ə..
[100] Əlyazmada: Tənşəkidən. Mirxondda: Şəkidən ميرخواند، (۱۲۷۱) səh. 101).
[101] Mətndə: kəbran, yəni “atəşpərəstlərin”.
[103] səh. 354b – 355b. شرف الدين على يزدى (١٩٧٢)،
[104] 15-ci əsrin birinci yarısında cərəyan etmiş hadisələr barədə rəvəyətdə Kiş çayının əvvəllər “Aq su“ adlanmasına işarə edilir…(Bax: Кярим аьа Фатещ (1993), səh.10 ) Bu çay hal-hazırda Əyri çay hövzəsinə daxildir. Lakin 17-ci əsr mənbəsinə görə o vaxtlar Kiş( kəndin)ə qədər şimaldan cənuba, sonra şərqdən qərbə doğru axır… böyük Alazana tökülür’müş (Bax: Царевичъ Вахушти (1904), səh.115) Deməli, daha əvvəllər indiki Əyri çayın hövzəsi şərqdə Kiş dərəsi ilə məhdudlaşırmış və həmin çay buradan başladığına görə, Alazana qovuşana qədər Kiş adlanırmış. Lakin heç də həmişə belə olmamışdır. Məsələn, 20-ci əsrin əvvəllərində Nuxa şəhərinin ətrafından yığılan sular toplanıb Əyri çay səmtindən Dəhnələr dərəsini keçib Turuta keçmişdir…(Bax: رشيد بك افندىاوف، (1925) səh. 17-ci əsrdə yaşamış məşhur türk səyyahı Övliya Çələbi öz Səyahətnaməsində 1647-ci ildə Şəki qalasında da olduğunu, oradan isə şərqə doğru səyahət edərkən əvvəlcə, bu qalanın canib-e şərqində, bir mərhələ yerdə Zəngi (–Danqi? Qarasu?) nəhrinə tökülən Qnut (–Küngüt?) çayını keçdik’lərini buradan da şimala doğru gedərkən Qabur nəhrini Özdəmir oğlu Osman Paşa körpüsündən keçdik’lərini və Qoyun keçidi nam məhələ vardıq’larını və həmin keçiddən keçib şimala, geniş səhralar içindən gedərək Aq su nəhrini də übur (–keçmək) etdik’lərini bu ardıcıllıqla göstərdikdən sonra sonuncu çay, yəni Aq su nəhri barədə orada əlavə edir ki, bu nəhrə əcəmlər (– burada: yerli əhali) Gilan çayı deyilər; Ərəş dağlarından gəlib (oxu: keçib) Kür çayına mülaqi (– birləşən) olur (Bax: səh. 289-90 (١٣١٤) ، ﭼلبى اولي )Ərəş dağlarından keçib Kür çayına tökülən isə yalnız bir çay – indi “Əlican” adlanan çay olmalıdır; belə ki o yaxınlarda həmin xüsusiyyətdə digər bir çay yoxdur və deməli, indiki Əlican çay vaxtilə Ağ su adlanıbmış! Yeri gəlmişkən, bu çaya 20-ci əsrin əvvəllərində Alciyan deyirdilərsə, o, 15-ci əsrin ortalarında Əlcikən adlanmışdı (Bax: Bədr Şirvani ( ) səh. ). Bu noqteyi nəzərdən ehtimal etmək olar ki, Şəki rayonundakı Köndələn dağ silsiləsinin qarşısındakı Elçı yolu, yəqin Əlican – Alciyan, Əlcikən çayının köhnə məcrasıdır (Rəşid bəy Əfəndiyev yazır: Köndələn dağ silsilələrinin arxası boyu əsgi zamanədə Elçi yolu namında bir şəhrah var imiş ki, buna Elçi yolu deyərlər. Qəbələ mahalına və Daş-yüz səhrasına keçmək üçün Elçi yolunun böyük sətratəsi əhəmiyyətləri var… Bax: بك افندىاوف، (1925) səh. 4 )Beləliklə, nəticə hasil etmək mümkündür ki, necə ki indiki Əyri çay daha əvvəl Kiş dərəsindən başlamış və Kiş adlanmışdır, eləcə, indiki Əlican çay da bir vaxtlar Kiş dərəsindən başlamış və Ağ su, yəni Kiş çayının başqa adı ilə tanınmışdır!
[105] ПАРСАДАН ГОРГИДЖАНИДЗЕ ИСТОРИЯ ГРУЗИИ (1990), səh. 42
[106] Əmir Teymur 28 iyul 1402 tarixdə vaqe olmuş məşhur Ankara döyüşündən geri dönürdü.
[107] Düz mötərizə içindəki ifadə əvəzinə mətndə: bu ayələr
[108] Surə: 16 (سورة النحل); ayə: 79.
[109] Buradakı “Gürcüstan adamları” ifadəsi (yaxud “gürcü” sözü) etnik məna daşıya bilməz. Belə ki iqtibas gətirilən mətnin sonunda – Şeyx İbrahimin dilindən deyilən sözlərə diqqət yetirsək görərik ki, orada söhbət əslində “tatarlar”dan gedirmiş. Yəqin ki gürcülərlə eyni məzhəbdə olduqlarına görə onlar “Gürcüstan adamı” (yaxud “gürcü” ) kimi təqdim edilmişlər. Şəki ölkəsi əhalisinin “tatar” adlandırılmasına gəlincə isə, fikrimizcə burada qeyri-adi bir şey yoxdur. Axı, o vaxt şəkililər türk hesab edilə bilməzdilər. Çünki türklər əslində teymurilər özləri idilər. Onların türkmən adlandırılmaları da mümkünsüz idi. Belə ki türkmənlər köçəri həyat sürürdülər. Yeri gəlmişkən, qeyri-türklər tərəfindən oğuzların “tatar” adlandırılması fakına 2 dəfə “Kitabi Dədə Qorqud”da da təsadüf edirik: IV boyda “kafirlər” Qazan xan oğlu Uruz bəyə “tatar oğlu” (Kitabi Dədə Qorqud, səh. 80), X boyda isə “təkurun arvadı” Qazan xanın özünə “tatar” deyir (Yenə orada, s. 144).
[110] Surə 19 (سورة مريم); ayə 8.
[111] səh. 204-212، (١٢٣٩)ابن عربشا ه
[112] səh. شرف الدين على يزدى (١٩٧٢)،
[113] Orta əsr farsdilli mənbələrində Abxaz diyarı məfhumu, indiki Abxaziya ərazisinə yox, əsasən Kaxetiyanın şimalına (– Mərkəzi Gürcüstan) şamil edilmişdir.
[114] səh. 440 b شرف الدين على يزدى (١٩٧٢)،
[115] (1972) səh. شرف الدين على يزدى (١٩٧٢)،
[116] 1551-ci ildə Şah Təhmasib Şəkiyə hücum edərndə, yerli əhalinin bir qismi, məhz, Sığnağ’a sığınmışdı (Bax: səh. حسن روملو (1931) ، ). Az. MEA Tarix İnstitunun Şəki filialının baş elmi işçisi N. Muxtarovun şəhadətinə görə Sıgnaq Gələsən-Görəsən qalasından bir neçə km. şimaldadır və həmin yer indi də “Sığnaq” adlanmaqdadır. Yeri gəlmişkən, həmin məsələdə Gələsən-Görəsən qalasının yaxınlığındakı məşhur bir yerin – Marxalın, adına da diqqət yetirməyə dəyər. Nəsə, bu toponim bizə “mağaralıq” sözünü xatırlatmaqdadır və hesab edirik ki Marxal elə, məhz, mağaralığ’ın təhrif olunmuş forması ola bilər.
[117] Marxal, Şəki şəhərindən şimalda, Kiş kəndinin qarşısında, Gələsən-Görəsən qalasının isə cənub-şərqindədir və hal-hazırda ora istirahət obyektidir.
GƏLƏSƏN-GÖRƏSƏN QALASI